İRANDA HİCAB QANUNUNUN LƏĞVİ — TARİXİ DÖNÜŞÜN BAŞLANĞICIDIR.....

1979-cu ilin fevralında İranda İslam İnqilabının qələbəsi ilə Şah rejiminə son qoyuldu.
Ölkədə İmam Ruhullah Xomeyninin rəhbərliyi altında İran İslam Respublikası (İİR) elan edildi.
Yeni siyasi sistem “vilayəti-fəqih” – yəni ali dini rəhbərin hökmranlığı prinsipi üzərində quruldu. Bu modeldə dövlətin həm ideoloji, həm də hüquqi təməli din – xüsusilə şiə məzhəbinin qaydaları ilə müəyyən olundu.
İnqilabın ilk illərində azadlıq, sosial ədalət və milli müstəqillik şüarları ön planda idi. Lakin çox keçmədən İİR-də siyasi monolitlik, fikir plüralizminin məhdudlaşdırılması, qadınların ictimai azadlıqlarına müdaxilə və dini qaydaların zorakı tətbiqi ilə totalitar sistem formalaşdı.
İİR-nin dörd onilliklik tarixində qəbul edilən bəzi qərarlar beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir.
Bunlara misal olaraq :
--- Məcburi hicab qanunu (1983-cü il) – qadınların geyim azadlığını tam şəkildə məhdudlaşdırdı və dövlət nəzarətində saxladı.
--- İfadə və toplaşma azadlığının məhdudlaşdırılması – jurnalistlər, yazıçılar, tələbələr və fəallar müxtəlif bəhanələrlə repressiyaya məruz qaldı.
--- Milli azlıqların hüquqlarının pozulması – xüsusilə İran azərbaycanlıları, kürdlər və bəluclar öz ana dillərində təhsil və idarəetmə hüququndan məhrum edildilər.
Bu qərarlar İran cəmiyyətində uzun illər narazılıq, gizli müqavimət və sosial parçalanma yaratdı.
XXI əsrin qlobal mənzərəsində xalqların azadlıq anlayışı artıq yalnız siyasi suverenliklə məhdudlaşmır — o, insan ləyaqətinin, fərdi seçim azadlığının və mədəni müxtəlifliyin qorunmasını da əhatə edir.
Sosial şəbəkələrin təsiri ilə dünya xalqları – xüsusilə gənc nəsil – artıq avtoritar düşüncəni qəbul etmir, azad düşüncə və bərabərlik idealını müdafiə edir.
İranda qadınların uzun illər “Qadın, Həyat, Azadlıq” şüarı altında apardığı mübarizə də bu qlobal azadlıq dalğasının bir hissəsidir.
Bu proses göstərir ki, İran xalqı artıq dini məcburiyyətlərdən çox ; vicdan azadlığını və müasir həyat tərzini seçir.
İranın yeni prezidenti, əslən Təbrizdən olan Məsud Pezeşkian uzun illərdir cəmiyyətin demokratikləşməsi və insan haqlarının qorunması istiqamətində fəaliyyət göstərir.
Həkim, alim və siyasətçi kimi o, həm İslam inqilabının dəyərlərinə, həm də modern dünyaya açıq baxışı ilə seçilir.
Onun prezident seçilməsindən sonra hicab qanununun ləğvi barədə Məsləhət Şurasında aparılan müzakirələr yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Pezeşkianın mövqeyi – “inanc zorla deyil, seçimlə olmalıdır” – devizi əslində iranlı azərbaycanlıların tarixi tolerantlıq və azad düşüncə fəlsəfəsinin təzahürüdür.
Bu addım yalnız bir qanunun ləğvi deyil ; həm də dini məcburiyyət üzərində qurulan dövlət ideologiyasının yumşaldılması deməkdir.
İran azərbaycanlıları bu gün keçmişin səhvlərindən dərs çıxararaq ; sülh, ədalət və milli kimliyin qorunması uğrunda yeni mərhələyə qədəm qoyurlar.
Onların əsas məqsədi – İranın demokratik, çoxmillətli və mədəni cəhətdən açıq bir dövlətə çevrilməsidir.
Bu, həm regional sabitliyə, həm də Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verəcək.
Azərbaycan əsilli ziyalıların, alimlərin və siyasətçilərin bu prosesi sivil və intellektual yolla yönləndirməsi regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyır.
İranda hicab qanununun ləğvi — təkcə bir hüquqi qərar deyil ; düşüncə azadlığının və cəmiyyətin yenilənməsinin başlanğıcıdır.
Bu, həm İran İslam Respublikasının ideoloji çevrəsini dəyişir, həm də insan hüquqlarının, qadın azadlığının və milli oyanışın qələbəsi kimi tarixə düşür.
Azərbaycan mənşəli Məsud Pezeşkianın bu prosesdəki rolu isə təkcə İran üçün deyil, bütövlükdə region xalqları üçün yeni ümid rəmzidir.

Müəllif : Qəvami Sadıqbəyli , Azərbaycan.
Xudaferin.eu
11:08