İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 10-a çatıb / YENİLƏNİB

İranda iğtişaşlar zamanı ölənlərin sayı 10-a çatıb.

Bu barədə İranın dövlət telekanalı məlumat yayıb.

Daha öncə 4 nəfərin öldüyü barədə xəbər verilirdi.

İranda Xuzestan vilayətinin İze şəhərində etiraz aksiyaları zamanı ən azı iki nəfər ölüb.

Trend-in "ILNA" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu millət vəkili Hidayətullah Xadimi bildirib.

Qeyd olunur ki, deputat ölənlərin hüquq mühafizə orqanları tərəfindən öldürüldüyünü təsdiqləməyib, bu da bəzi qrup insanlarda silahın olmasını göstərir.

Daha öncə, Lurestan vilayətinin Dorud şəhərində də iğtşaşlar zamanı iki nəfərin öldüyü bildirilirdi.

Etiraz aksiyaları cümə axşamı günü ölkənin əhali sayına görə ikinci böyük şəhəri Məşhəddə başlayıb. Etirazçılar qiymət artımından narazıdır./ Trend

19:17