İran Türkiyəyə cərimə ödədi – 1, 9 milyard dollar

 

İran mollakratiya rejimi uluslararası məhkəmənin kəsdiyi cərimənin 40 faizindən çoxunu Türkiyəyə ödəyib.
 

Bu barədə İran mollakratiya rejiminin parlamentdəki energetika üzrə komissiyasının mətbuat katibi Əsədullah Qaraxani bildirib.

2012-2016-cı illərdə İran Türkiyəyə təbii qazı bölgənin başqa istehasalçılarından baha qiymətə satıb. Türkiyə hesab edirdi ki, İrandan aldığı qazın qiyməti Azərbaycan və Rusiyadan aldığı təbii qaz qiymətindən daha yüksəkdir. Türkiyənin şikayətinə baxan Uluslararası Arbitraj Məhkəməsi Tehrandan qiymətlərin azaldılmasını tələb etmişdi.

Həmin dövrdə İran Türkiyəyə 14,2 milyard dollarlıq təbii qaz tədarük edib. Ötən ilin noyabrında məhkəmə İranın 1,9 milyard dolar məbləğində cərimə ödəməsi barədə qərar çıxarıb. İran Türkiyəyə satıdığı təbii qazın qiymətinin 13-15 faizini cəza olaraq ödəyəcək.

Xatırladaq ki, 1996-cı ildə tərəflər arasında imzalanan müqaviləyə əsasən, İran 25 il ərzində Türkiyəyə 10 milyard kub metr təbii qaz ixrac edəcək. Bu müqavilə 2001-ci ildən icra olunmağa başlayıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:31