İran tarixində bir ilk: Təbrizli xanım prezidentliyə namizəd oldu

 

Bu ilin mayında İranda keçiriləcək prezident seçkilərində ölkə üçün yenilik baş verib. Belə ki, İran tarixində ilk dəfə olaraq qadın prezidentliyə namizəd olub.

 

İran Mərkəzi Seçki Komissiyasına qadın namizəd Şölə Hədc Mirfəttah Təbrizi müraciət edərək namizədliyini qeydə aldırıb. Xanım Təbrizi heç bir partiyanın üzvü deyil və seçkiyə müstəqil qatılır. O, həm də ölkədə teokratik rejimin deyil, daha çox yenilikçi bir siyasətin inkişafı tərəfdarı kimi də tanınır.
Qeyd edək ki, son illər İranın başkəndi Tehranda milliyyətcə Türk olan kadrların və milli fəalların fəallaşması prosesləri artan xətlə inkişaf etməkdədir. Yerli futbol və idmanın digər sahələrinin yarışlarında Tehranda yaşayan Türklər daim Güney Azərbaycandan olan takımları, ayrı-ayrı idmançıları dəstəkləyən şüarlar səsləndirirlər. Bununla yanaşı, Tehran rejiminin qatı antitürk siyasətlərinə qarşı etiraz səslərini ucaltmaqdan belə çəkinmirlər.

Xudaferin.eu
İran, “Tehran Bürosu”

 

06:45