İran PKK-ya qucaq açdı və öz ərazisində yerləşməsinə icazə verdi

Terror təşkilatının bu addımı atmasına rəsmi Tehran izn verib. Onlar İran ərazisində son 8 ay ərzində yerləşməyə başlayıblar. PKK rəhbər heyətinin belə qərar qəbul etməsinə səbəb Türkiyənin İraqın şimalındakı əməliyyatlarını intensivləşdirməsi olub. Terror təşkilatı rəhbərləri bütün əməliyyatları İranda yaradılan “Şəhid Harun”, “Quran” və “Piran” düşərgələrindən idarə edirlər. PKK məhz bu düşərgələrdə əsas nəzəri və praktik təlimləri keçir. İndiyə qədər bu düşərgələr 5-7 min terrorçunun olduğu güman edilir.

Xudaferin.eu

 

14:30