İran parlamentinə milli geyimimizdə gələn deputatdan sərt çıxış

 

Biz tələb edirik ki, Güney Azərbaycan Türklərinin ana dilində öz televiziyası olsun

 

Tehrandakı İran mollakratiya rejiminin parlamentində Güney Azərbaycan kökənli milli geyimində çıxış edən Urmu şəhərinin deputatı Hadi Bahaduri Güney Azərbaycan məktəblərində təhsilin ana dilində aparılmasını tələb edib.
 

Hadi Bahaduri çıxşında bunları bildirib: “Biz İran Ana Yasasının 15 və 19-cu maddələrinin tətbiq olunması və Güney Azərbaycan məktəblərində Türk dilinin tədrisini tələb edirik. Prezident Həsən Ruhanidən xahiş edirik ki, Ana Yasada vətəndaşlıq hüquqlarını təsbit edən bu məsələnin ən qısa zamanda reallaşması üçün lazımi tədbirlər görülsün”.

O, həmçinin İran dövlət televiziyasında Türk dilində ilk milli televiziya kanalının yaradılması təklifi ilə çıxış edib: “Biz Güney Azərbaycan Türkü olaraq milli kimliyimiz, tariximiz və mədəniyyətimizi təhqir edənlərə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik”.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

 

11:02