İran mollakratiya rejimindən Güney Azərbaycana qarşı dəhşət saçan zərbə

 

Rejimin erməni sevgisinin nədəni olaraq Güney Azərbaycanda 450 erməni kilsəsi abadlaşdırılacaq və bunun üçün ilkin mərhələdə 370 000 dollar vəsait ayrılıb

İran mollakratiya Güney Azərbaycan ərazisindəki əski protoxristian kilsələrin bərpasına vəsait ayırıb. Həmin kilsələr hətta YUNESKO-nun ümumdünya irsinə daxil edilib. Bu barədə Tehranda dərc olunan “İran bu gün” dərgisində mollakratiya rejiminin  mədəni irs, sənətlər və turizm təşkilatının başçısının müavini Məhəmməd Həsən Talebian bildirib ki, turizm sahəsinin inkişaf proqramı çərçivəsində İran yuxarıda haqqında danışılan kilsələrin bərpasına 370 000 dollar vəsait ayırıb.

Talebian deyib: “Ölkənin tarixi kilsələrini qorumaq zəruridir. Ona görə də Mədəni irs təşkilatı onlara ictimaiyyətin diqqətini cəlb eləmək istəyir. Bunun üçün dini mərasimlər təşkil edir və bərpa layihələrini reallaşdırır”.

Məmur Müqəddəs Faddey monastırına getdiyi zaman bu sözləri deyib. Ermənilər bu qədim məbədin onlara məxsus olduğunu iddia edirlər. Ermənisran, Azərbaycan və Türkiyə ilə həmsərhəd olan Güney Azərbaycanın bu gözəl mənzərəsi fonunda xristianlar burada dini mərasim icra ediblər.

Təşkilatların planlarında 450 ədəd erməni və 150 ədəd assuriya kilsələrini qeydiyyatdan keçirmək nəzərdə tutulur. Müqəddəs Faddey kilsəsi həmişə regionun xristianları və digər sakinləri üçün mühüm mərkəz hesab edilib. 2008-ci ildə bu məbəd və Müqəddəs Stefan monastırı və Dzordzor kilsəsi “İrandakı erməni monastırları” adı altında YUNESKO-nun ümumdünya irsi siyahısına daxil edilib.

Qeyd edək ki, tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan və Dağlıq Qarabağdakı qədim protoxristian alban kilsələri artıq çoxdandır ki ermənilər tərəfindən “özəlləşdirilib”. Güney  Azərbaycandakı kilsələrin həqiqətən də “qədim ermənilərə” məxsus olması şübhə doğurur. Türkiyədə də AKP iqtidarı və onun lideri Rəcəb Təyyib Ərdoğan da Güney Anadolu boyunca protoxristian və prototürk mədəni irsini “erməni mədəniyyəti abidələri” statusu ilə abadlaşdırmışdır. Beləliklə də Güney Anadolu və Güney Azərbaycanın Batı bölgələri eyni ortaq coğrafi məkanla bütünləşmiş bir bölgə olaraq, bir yandan İran mollakrat rejimi, o biri yandan da Türkiyədəki əşirətçi, hümmətçi və əməviçi AKP iqtidarı əski Türk torpaqlarını erməniləşdirmə siyasətini dərinləşdirməyə başlamışlar.

Xudaferin.eu
“Anailitik Mərkəzi”

 

09:56