İran mollakratiya rejimi Azərbaycana qarşı yenə erməniləri silahlandırmağa başladı

Ermənistanın müdafiə naziri Vigen Sərkisyanı Tehrana ,fars molla rejiminin müdafiə naziri H.Ə Dehaqan dəvət edib. Fars molla rejiminin nazirinin dəvətinin əsas məqsədi iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək  olub. Beləliklə də 2017 ci ildə Quzey Azərbaycan əleyhinə iki işğalçı ölkə, İran və Ermənistan müttəfiqliyi də dərinləşməyə başlayıb.

İşğalçı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan fars rejimin xarici işlər naziri Məhəmməd Cavad Zəriflə, İran mollakratiya rejiminin Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani, ölkə parlamentinin başqanı Əli Laricani, müdafiə naziri Hüsenyəli Dehaqan ilə görüşüb. Bununla da İran-Ermənistan yeni hərbi əməkdaşlığı yönündə yeni anlaşamlar əldə olunub. Ermənistanın təhlükəsizlik sahəsində və iqtisadi dirçəlişi kimi məsələlər də bu görüşlərdə müzakirə edilib.
Son zamanlar İran mollakratiya rejimini son zamanlar daha çox narahat edən əsas məsələ Qarabağ azadlğı məsələsidir. Bölgə ilə bağlı hərbi ekspertlərin də fikrincə əgər Qarabağda savaş başlayarsa, Azərbaycan tərəfi bu savaşı qazanacaq. Bu da İranla yanaşı, həm də Ermənistanın məğlub duruma düşməsi deməkdir. Ona görə də İran tərəfi Azərbaycan Respublikasının uğur qazanmasına qarşıdır. Bu prosesə qarşı mane olmaq üçün əlindən gələni etmək üçün öz təsir imkanlarını sərgiləməkdədir. Çünki, bu proses həm də İran mollakratiya rejimi üçün əsas təhlükə mənbəyi hesab olunur. İran adlanan ölkənin yarısını təşkil edən Güney Azərbaycan türkləri Azərbaycan dövlətinin yanında olduqlarını heç də gizlətmirlər. Bu, Qarabağın azadlğı üçün vacib hədəflərdən biri sayılır. Özəlliklə də Güney Azərbaycan Milli Hərəkatının gücləndiyi bir dönəmdə Quzey Azərbaycanın yeni silahları alması və ordusunu daha gücləndirdiyi bir zamanda Tehran rejiminin müdafiə nazirinin dəvəti də sübut edir ki, fars rejimi Ermənistana hərbi-texniki komək verməsini vacib hesab edir və farslar keçmişdə olduğu kimi bu dəfə də erməniləri savunmaq və qullanmağa ehtiyac hiss edirlər.
Daha öncədən xəbər verdiyimiz kimi bu səfər planı başa çatanadək gizli saxlanılıb. İran-Ermənistan münasibətlərinin prioritetləri, gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə olunub. İran qondarma “erməni soyqırımı” idialarını rəsmən tanımasa da, öz ölkəsində həm medianın, həm də erməni diasporunun geniş fəaliyyətinə şərait yaradıb. İran üçün Ermənistan birinci növbədə Azərbaycan və Türkiyəyə qarşı olduğuna görə strateji önəmə malikdir. İranın Ermənistanla əlaqələrini genişləndirməkdələ sadəcə  iqtisadi  qazanc yox, həm də Azərbaycan dövlətinin əleyhinə siyasi ittifaqı gücləndirməkdir. Tehran fars rejimi əvvəlki tək bölgədə güclü və inkişaf edən Azərbaycanın varlığından ehtiyat edir. İran Dağlıq Qarabağı işğal edən Ermənistanı 25 ildir dost dövlət adlandırır və ona qardaşlıq edir.
İranla Ermənistan arasında əməkdaşlığın iqtisadi komponenti yalnız ilkin istehlak malları sahəsində ticarətlə məhdudlaşmır. ‫İranla Ermənistanın müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Münaqişəyə dair fikir mübadiləsi aparan tərəflər münaqişənin hərbi yolla həllinin mümkün olmadığını vurğulayıblar. Ermənistanın müdafiə naziri İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində oynadığı rolu alqışlayıb. Hərbi məsələdən sonra, bu görüşdə eyni zamanda ölkələr arasında əməkdaşlığın yeni formatı və yeni təşəbbüslər şəklində təzahür edir. İqtisadi sahədə ölkələr arasında mal dövriyyəsinin həcmi isə yüz milyonlarla ölçülür. İranla Ermənistanın arasında real mal dövriyyəsində İrəvan ərazisindən məxfiləşdirilmiş şirkətlər vasitəsilə İrana kütləvi qırğın silahlarının istehsalında istifadə olunan malların tədarükü daha böyük rəqəmlərdən xəbər verir. Ermənistana energetika, nəqliyyat sahəsində kapital qoyuluşlarının həcminin artırılması istiqamətində davam edən layihələrin tamamlanması və yenilərinin başlanılması üçün tədbirlər də nəzərdə tutulur. İran-Ermənistan dəmir yolu magistralının həyata keçirilməsi ilə yanaşı İranın SUNİR və MAPNA kimi İslam İnqilabının Keşikçiləri Korpusunun- SEPAH idarəçiliyində olan şirkətlərin vasitəsilə geniş kapital qoyuluşu da müşahidə edilir.
İran utanmadan işğal altında olan Güney Azərbaycanın Təbriz şəhərindən Ermənistanın Yerasx məntəqəsinə neft məhsullarının daşıyacaq neft borusunun çəkilməsi layihəsinə 350 milyon dollar həcmində investisiya yatırmağı öhdəsinə götürüb, eyni zamanda Mərənd şəhərindən başlayaraq Zəngəzurdan keçən dəmir yoluna əsas kapital qoyuluşu bilavasitə İran tərəfindən həyata keçirilməlidir. Bu layihə üçün investisiyanın həcmi 2 milyard dollara bərabərdir. Layihənin maliyyələşdməsində Dünya Bankı və Asiya İnkişaf Bankının maraq göstərdiyi vurğulansa da, əsas investorun İran olacağı bildirilir. Ermənistan – İran əlaqələri qeyd etdiyimiz kimi yalnız iqtisadi əməkdaşlıq, o cümlədən İrana qarşı beynəlxalq sanksiyaların pozulmasında Ermənistan mövqeyindən istifadə halları ilə məhdudlaşmır. Bu əlaqələr eyni zamanda Güney və Quzey Azərbaycana qarşı ideoloji-siyasi, təhsil və elm sahəsində də strateji müttəfiqlik təsiri bağışlayır.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

10:29