İran mollakratiya rejimi aclıq aksiyalarını qanunsuz elan etdi

Paniranizm və panfarsizm siyasətini dövlət düzəninə çevirmiş mollakratiya rejiminin Yüksək Məhkəməsinin başqanı ayətullah Sadıq Laricani medianın məhkəmə prosesi və aclıq aksiyası kimi mövzulara dair gündəm yaradaraq basqı atmosferi təşkil etməsinin qanun pozuntusu olduğunu bildirib. Son zamanlar İranda aclıq aksiyası başladaraq üzləşdikləri basqılara etiraz edib və ya müəyyən tələblər irəli sürən siyasi məhbusların sayı kəskin artıb. O, bu sözlərinəö davam edərək bunları da söyləyib: “Biz mediada gündəm yaradıb basqı atmosferi təşkil etməklə istədiklərini əldə eədəcəyini düşünənlərə imkan verməyəcəyik”.

Qeyd edək ki, ayətullah Sadıq Laricaninin belə bir açıqlaması, uluslararası insan haqları təşkilatlarının Güney Azərbaycan və Xuzistanda xalqların özgürlük davasına görə bir çox milli fəalların İran mollakratiya rejimi tərəfindən işgəncələrə, həbslərə, təzyiqlərə və təqiblərə məruz qalmasını kəsinliklə tənqid etmişlər. Bütün bunlar uluslararası düzəndə İran mollakratiya rejiminə çox böyük ağır zərbələrə nədən olmuşdur.
Ötən il oktyabr ayının 25-də Güney Azərbaycanın başkəndi olan Təbrizdəki “Təbriz Mərkəzi Həbsxanası”nda azadlıq tələbi ilə aclığa başlayan türk fəal Murtaza Muradpur aksiyasını 65 gün davam etdirdi. O, aclıq aksiyasına son verdikdən bir gün sonra sərbəst buraxıldı. Son vaxtlar aclıq aksiyası keçirən Mehdi Kuxian, Əli Şəriəti və Səid Şirzad kimi siyasi məhbuslar haqqında xəbərlər mətbuatın gündəmində olub. Ölkə daxilində fəaliyyət göstərən və ya rəsmi təmsilçiləri mövcud olan media qurumları qanuni məhdudiyyətlər üzündən adətən İranda insan haqları pozuntularına dair məlumat yaya bilmirlər.
Bütün bunları nəzərə almaq fikrində olmadığını dolayı yolla etiraf edən ayətullah Sadıq Laricani bildirib ki: “Biz mediada gündəm yaradıb basqı atmosferi təşkil etməklə istədiklərini əldə edəcəyini düşünənlərə imkan verməyəcəyik. Onlar belə düşünür ki, aclıq aksiyası, ya da bu kimi mövzulara dair gündəm yaratmaqla məhkəmə hökmünün icra prosesinə təsir göstərə bilərlər. Halbuki onların bu işləri qanun pozuntusu olmaqla bərabər bu proseslərdə hər hansı bir dəyişikliyə səbəb ola bilməz.”
Yerli müşahidəçilərin fikrincə artıq İran mollakratiya rejimi öncələrdə olduğu kimi ölkəni idarə edə bilmədiyinə görə, ənənəvi təzyiq, kütləvi qorxu yaratma, həbslər və təqiblərlə əhalini susdurmaq üçün hər gün çüşidli açıqlamalarda bulunurlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”  

21:33