İRAN MOLLA REJİMİ ÇÖKMƏ MƏRHƏLƏSİNDƏDİR.....

  2026-cı ilin ilk günü  dünyaya sakitlik deyil, yeni gərginlik dalğaları gətirdi.

  Bütün dünyanı narahat edən  Rusiya -- Ukrayna müharibəsi davam edir.
  Qlobal miqyasda siyasi, iqtisadi və geosiyasi proseslər dərinləşdikcə, bu proseslərin təsiri ;  avtoritar və qapalı rejimlərdə daha kəskin şəkildə hiss olunur.
    İran İslam Respublikası da bu reallıqdan kənarda qala bilmir. Son günlər Tehranda baş verən kütləvi etirazlar, əslində, uzun illər yığılıb qalan sosial, iqtisadi və siyasi narazılıqların açıq təzahürüdür.
  Siyasi baxımdan isə İranda cərəyan edən hadisələr ; geosiyasi reallıqların diktəsidir.
   Qərbin sanksiyaları, regionda dəyişən güc balansı, Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşması və İranın beynəlxalq sistemdə artan təcridi --- ölkə daxilində iqtisadi böhranı  dərinləşdirib. 
   Milli valyutanın dəyərdən düşməsi, inflyasiyanın nəzarətdən çıxması və əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması artıq sadə vətəndaşın gündəlik həyatını dözülməz hala gətirib.
     Prezident Məsud Pezeşkianın daxili işlər nazirinə etirazçılarla dialoq aparmaq göstərişi verməsi ;  onun  humanist siyasətçi olduğunu göstərir.
Lakin təsüf ki, İranda strateji siyasi qərarları prezident yox ; molla rejiminin dini  rəhbərləri verir.
 Molla rejimi  ölkəninin iqtisadiyyatını  əhalinin sosial ehtiyacına deyil ;  "HİZBULLAH"kimi muzdlu proksi təşkilatların maliyyələşdirilməsinə yönəldir. "SEPAH"-ın göstərişi ilə bu təşkilatlar  qonşu ölkələrin [ məsələn, İraqın, Suriyanın, İsrailin və s.] daxili işlərinə qarışır.
 Bununla da İran İslam Respublikasının dini rəhbərləri qonşu ölkələrdə də  "molla rejimi"nin  ixracına çalışırlar.
  Konkret olaraq  ölkənin bu çətin günlərində molla rejimi " HİZBULLAH" təşkilatına 1(bir) milyard ABŞ dolları pul ödəyib.
   Bu addımlar ölkədə sosial vəziyyətin daha da ağırlaşmasına səbəb olur.
  Belə gərgin vəziyyətdə Prezident Məsud Pezeşkian qarşıdurmalardan yayınmaq üçün ; daxili işlər nazirinə etirazçılarla dialoq aparmaq göstərişi verib. 
 Lakin indiki durumda problemlərin çözümü --   dialoq çağırışları ilə həll ediləcək səviyyəni çoxdan keçib.
  İran molla rejimi unudur ki,  İqtisadi böhran – siyasi böhranın güzgüsüdür.
    İran iqtisadiyyatı illərdir molla rejiminin ideoloji prioritetlərinə qurban verilib.
   Regional ekspansiya siyasəti, silahlı qruplara ayrılan milyardlar və qapalı idarəetmə modeli -- ölkə daxilində sosial rifahı tamamilə arxa plana atıb.
   Bu gün Tehranın küçələrinə çıxan insanlar yalnız maaş və qiymət artımlarına etiraz etmir – onlar ədalətsiz, qeyri-şəffaf və xalqdan uzaq bir sistemə etiraz edirlər.
   Pezeşkianın “pul və bank sistemində islahatlar” barədə açıqlaması , əslində bu reallığın etirafıdır.
   Hazırda İran molla rejimi  bu dəyişiklikləri həyata keçirmək iradəsinə və potensialına malik deyil.
   Ən mühüm məqam ondan ibarətdir ki, İran İslam molla rejimi artıq tənəzzül yox ;  açıq şəkildə çökmə mərhələsinə daxil olub.
  İctimai legitimlik sürətlə azalır, qorxu faktoru əvvəlki təsir gücünü itirir ; etirazlar lokal xarakterdən çıxaraq ümummilli narazılığa çevrilir.
   Hakimiyyətin verdiyi hər bir güzəşt onun zəifliyini daha açıq göstərir.
    Tarix göstərir ki, ideoloji sərtlik üzərində qurulan və xalqın real ehtiyaclarını görməzlikdən gələn rejimlər gec-tez daxildən dağılır. 
   Bu gün İranda yaşananlar da məhz belə bir prosesin başlanğıc mərhələsidir.
   Tehranda baş verən etirazlar təkcə iqtisadi narazılıq deyil ;  İran cəmiyyətinin dəyişən dünyaya uyğunlaşmaq istəyinin səsidir.
   Müasir geosiyasi reallıqlar molla rejiminin manevr imkanlarını sıfıra endirib. Dialoq çağırışları və kosmetik islahat vədləri yetərli deyil. Bu güzəştlər  yalnız rejimin sonunu bir qədər gecikdirə bilər.
    İran üçün artıq sual “dəyişiklik olacaqmı..?” deyil ;  “dəyişiklik nə zaman və hansı formada baş verəcək..?” sualıdır.

Müəllif : Qəvami Sadıqbəyli.

Xudaferin.eu

11:46