İran memarlarından Qarabağdakı mədəniyyətimizə təcavüz

Məscidlərin dağıdılmasını və müsəlmanların qovulmasını necə “qanuniləşdirirlər?”

“Azərbaycanın digər bölgələrində çoxsaylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən qorunur. Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu eyni zamanda, beynəlxalq müşahidəçilər də vurğulayırlar. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfəri zamanı hazırlanan məruzədə bütün bunlar göstərilibdir. Göstərilib ki, Ermənistan tərəfindən hər şey dağıdılıbdır. Yəni budur erməni vandalizminin nəticələri, budur təcavüzkar işğalçı siyasətin nəticəsi. Şübhə yox ki, torpaqlarımız işğal altından çıxandan sonra biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün şəhərləri yenidən bərpa edəcəyik, bütün binaları tikəcəyik. Ancaq bunu etmək üçün münaqişəyə son qoyulmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar…”
Bu sözlər 18 fevral 2009-cu il tarixində, “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin açılışında prezident İlham Əliyevin nitqindəndir. Hurriyyet.org xəbər verir ki, “Kavkazplus.com” saytında “İran İslam Respublikasının arxitektorları Qarabağda məscidlərin dağıdılmasını və müsəlmanların qovulmasını necə “qanuniləşdirirlər?” adlı məqalə dərc olunub.

Məqaləni nəzərinizə çatdırırıq

Belə bir mənzərəni təsəvvür edək: Almaniya tərəfindən qəsb edilmiş Üçüncü Reyxin ərazilərində faşistlərlə razılaşma əsasında hansısa bir arxitektor Osventsimdə sinaqoqu restavrasiya edir – həmin yer isə milyonlarla yəhudinin məhv edildiyi və məhv edilməkdə olduğu yerin lap yaxınlığındadır. Normal insanlar belə bir hala necə yanaşmalıdırlar? Buna yalnız həlak olanların xatirəsini ələ salmaq və təhqir eləmək kimi qəbul eləmək mümkün olar. Lakin ermənipərəst “Qagqaz geosiyasi klubu” saytında yerləşdirilmiş “İran Şuşada məcsidin bərpa edilməsinə kömək edəcək” məqaləsində haqqında bəhs edilən İran memarları məhz bu işlə, yəni Qarabağın köklü müsəlman əhalisini təhqir edib ələ salmaqla məşğuldurlar. Materialda bildirilir ki, 2016-cı il dekabrın 7-də qondarma “DQR”-in “iqtisadiyyat nazirliyi” və İranın geotexniki, srutktur və sənayə obyektlərinin layihələndirliməsində ixtisaslaşmış “Part Saman Cahan” şirkəti Şuşa şəhərinin Gövhər ağa məscidi kimi tanınan Yuxarı məscidinin yenidən qurulması layihəsinin qəbul və təhvil verilməsi ilə bağlı müqavilə imzalayıblar. Xəbər verilir ki, “Məcsid “DQR” “hökuməti”nin mühafizəsi altındadır”. İşğalçı-separatçı hakimiyyətin məscidi necə “qoruduqları” isə yaxşı bəllidir – onların hamısı dağıdılıb, ya təhqir edilib, ya da murdarlanıb.
Belə çıxır ki, qondarma “DQR”-in işğalçı-separatçı hakimiyyətinin əli ilə məscidlərin bərpa edilməsini təşkil etməklə “Part Saman Cahan” şirkəti mahiyyətcə, müstəqil müsəlman dövlətinin torpaqlarının Ermənistan tərəfindən işğalını və oradan müsəlman əhalinin qovulmasını dəstəkləyir. Bununla da “Qafqaz geosiyasi klubu”nun koordinatoru Yana Amelinanın bədxah sevincinə səbəb olur – o, özünün “Feysbuk” səhifəsində İda Sarkisyanın materialından sitat gətirir: “Tarixi abidənin – İranla Qarabağ hökumətinin (separatçı rejim nəzərdə tutulur – red.) Şuşa məscidinin bərpası müştərək layihəsinin reallaşdırılması – ikitərəfli əməkdaşlığın təməli ola bilər. Tanınmamış respublikanın hüquqi statusu nəzərə alındıqda, bir sıra hüquqi çətinliklər meydana çıxır, lakin, mədəni, humanitar sahədəki ticari-iqtisadi, biznes sahələri xarici siyasət amillərindən asılı olmadan inkişaf edə bilər. İran, Ermənistan və “Artsax” əlbir olaraq Azərbaycanı əsassız olaraq, “DQR”-in erməni hakimiyyəti islam irsini məhv etməkdə ittiham etmək imkanından məhrum edəcəklər . İran-Azərbaycan arasındakı “pərdəarxası münaqişə” üçün isə yeni platforma yaranmış oldu”.
İslam irsinin məhv edilməsi ittihamlarının “əsassız” hesab edilməsi məsələsi aşkardır, çünki İran memarları tərəfindən cəmi bir məscid “bərpa” edildiyi halda, onlarla məscid dağıdılıb və murdarlanıb. İran tərəfi isə bu addımı ilə işğalçı hakimiyyətə dağıdılmış məcsidlərin qalıqlarını bundan sonra da tar-mar eləmək imkanı yaradır - axı işğalçı erməni hakimiyyəti gözdən pərdə asmaq üçün İran memarlarının köməyi ilə bu məscidlərindən birini guya ki, “bərpa etdirəcək”.
Yəni, mahiyyətcə, İran Qarabağda cəmi-cümlətanı bircə məscidin “bərpasında” iştirak eləməklə işğal edilmiş ərazilərdəki bütün müsəlman memarlığı abidələrinin,müqəddəs məkanların, həmçinin məscidlərlə yanaşı, türbələrin, məşhur tarixi şəxsiyyətlərin adı ilə bağlı olan evlərin, sarayların qalaların və s. məhvinə yardım eləmiş olur. Materialda verilən xəbərdə deyilir ki, məscidin rekonstruksiyası ilə məşhur İran memarı Səid Nahavandi və onun mütəxəssis komandası məşğul olur. Layihənin sponsorluğunu isə “Şərq tarixi irsinin dirçəlişi” adlanan erməni fondu öz üzərinə götürüb. İda Sarkisyan düzgün olaraq onu qeyd eləyib ki, “bərpadan sonra memarlıq abidəsinin nəyə xidmət eləyəcəyi hələlik bəlli deyil, çünki “Artsax”da müsəlman əhali yaşamır. Bəlkə də binadan muzey kimi istifadə ediləcək və eyni zamanda respublikaya qonaq gəlmiş müsəlmanlar burada öz dini vəzifələrini yerinə yetirə – namaz qıla bilərlər”.
Bu sözlərlə məqalədə etiraf olunur ki, işğalçı hakimiyyət Qarbağın müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirib. Yerli müsəlmanları “təmizləmiş” hakimiyyət dərhal qonaq müsəlman turistlərə sahiblərinin əlindən alınmış məsciddə dua eləməyi təklif eləyir. O məscidldə ki, onu müqəddəs məkanın kimsəsiz qalmasının irəncliyini və bütün müsəlmanların qovulmasını “görməyən” İran memarları təmir ediblər.
Yerli müsəlman əhalini doğma evlərinə qaytarmadan məscidi bərpa eləmək müsəlmanları ələ salmaqdan başqa bir şey deyil. Bu məscidi İrandan gəlmiş müsəlman turistlər istifadə edəcəklərsə, əvvəla onlar müsəlman dövlətinin – Azərbaycanın dövlət qanunlarını pozmuş olacaqlar, ikincisi isə, 1 milyondan artıq müsəlmanın öz torpağında yaşamaq haqqını əlindən almış etnik və dini təmziləməni təsbit eləmiş olacaqlar. Əcdadlarının tikdiyi məscid əllərindən alınmış müsəlmanlara məxsus olan müqəddəs məkanda edilən duaları Rəhman və Rəhim olan qəbul edəcəkmi? Bu, böyük məsələdir. Aydındır ki, İda Sarkisyanın yazısında bir yığın saxta “tarixi” cəfəngiyyat var. Qarabağın qədim Qafqaz Albaniyasının ərazisi olduğu və burada erməni əhalinin real kütləvi yerləşməsinin nisbətən yaxın bir dövrdə - əsasən, son iki əsr ərzində baş verdiyi qətiyyən qeyd edilmir.
İda Sarkisyanın məqaləsindəki “Qarabağ knyazları – məliklər geniş səlahiyyətlərini saxlamışdılar, bu barədə tanınmış yazıçı Raffi özünün “Xəmsə məlikliyi” əsərində yazıb. Onların hər biri öz knyazlıqlarındakı qüdrətləri və sərvətləri ilə şah kimi idilər” fikirlərini eynilə köçəri qaraçıların “baronları” barədə demək olar.
Qaraçı baronları da bəzən zənginlikdə şahcıqlara bənzəyirdilər və qaraçı xalqının idarəsində onların “səlahiyyətləri”nə heç kim müdaxilə eləməzdi. Azərbaycan xanları türk torpaqlarında onların icazəsi ilə yaşayan erməni icmalarının nümayəndələrinin daxili işlərinə qarışmırdılar, qaraçıların “baronlar”ı olduğu kimi, ermənilərin də “məliklər”i var idi – reallıqda onlar yalnız erməni qəbilələrinin başçıları idilər. “Baronların” olması heç də qaraçıların köç elədikləri ərazilərə sahiblik hüququnun olması demək deyildi, “məliklərin” olması da ermənilərə Dağlıq Qarabağa yiyələnmək haqqı vermir. Ən maraqlısı odur ki, İda Sarkisyan Gövhər ağa məscidindən danışarkən ancaq türk tarixi xadimlərini xatırladır. Həmin sitat belədir: “XIX əsrin sonlarında tikilmiş islam tarixi abidələri arasında Gövhər ağa məscidi, yaxud da Yuxarı məscid (Cümə məscidi) var. Məscid 1883-cü ildə İran arxitektoru Kərbəli Səfi Xanın çertyoju ilə tikilib. Məscid İran şahı Fətəli şah Qacarın xanımı və Pənah Əli xanın oğlu İbrahim xanın qızı olan Gövhərin istəyi ilə yenidən bərpa edildiyi üçün bu adı alıb”.
Həm memar Kərbəli Səfi xan, həm Fətəli şah Qacaq, həm də Pənah Əli xan və onların övladları və nəvələri – mənşəcə azərbaycanlıdırlar. Təəssüf ki, onların soyu bir qardaşları Azərbaycan şəhəri Şuşadan qovulublar və artıq 25 ildir ki, doğma evlərinə qayıdıb, halal məscidlərində dua edə bilmirlər.

Tərcümə Hurriyyet.org-undur

19:53