İRAN-FARS REJİMİNİN İÇ ÜZÜ .....

Dünyada ayrı-ayrı dillərdə danışan, fərqli mədəniyyətlərə məxsus yüzlərlə etnos , millət yaşayır.
Hələ bizim eradan əvvəl qədim zamanlarda yaşayan bu millətlər dini mövqelərinə və həyata baxışlarına görə müxtəlif sivilizasiyalar [ Sivilizasiya- insan cəmiyyətinin inkişaf səviyyəsinin istiqamətləri ] yaratmışlar.
Ən qədim tarixdən məlumdur ki : Sümerlər, Akkadlar, Assurlar, Misirlilər, Hindlilər; Çinlilər, Yəhudilər, Yunanlar, Fars tayfalarının və Türk etnoslarının
minilliklərdən bəri izləri var.
Sivilizasiya baxımından bu etnoslar və xalqlar arasında hər zaman rəqabət olmuşdur.
Tarixi mənbələrə görə bizim eramızdan əvvəl
l Dara Fars İmparatoru olmuşdur. I Dara dönəmində MÖ (miladdan öncə) 543-333 illərdə
bu imperiya 20 "satrap" (vali ) tərəfindən idarə olumuş ; indiki
Anadolu ərazilərini işğal altında saxlamışdır.
Farsların bu bölgələrdə hökmranlığına son qoymaq üçün Makedonyalı yunan Aleksandr ( İskəndər )
Asya səfərinə çıxmış ; MÖ 334 ildə "İssos" ve "Granikos" savaşları ilə farsları məğlub etmişdir. Bununla da
Farsların Əhəmilər imperiyası yıxılmışdır.
Tarixin sonrakı mərhələlərində türk tayfaları və onların yaratdıqları Səlcuqlar, Osmanlı və Səfəvilər imperiyaları 1000 illər boyu Yaxın Şərq regionunda , şimali Afrikada
eləcə də indiki İran ərazisində hökmran olmuşlar
Lakin sonralar formalaşmış və XVIl əsrdən sonra güçlənmiş Avropa dövlətləri [ əsasən : Fransa və İngiltərə ) TÜRKLƏRİ bu ərazilərdən sıxışdırmaq üçün
yəhudilərdən , ərəblərdən , farslardan və ermənilərdən istifadə etmişlər.
Afrika, Yaxın Şərq ,İran və Cənubi Qafqaza nəzarət etmək uğrunda rəqabət bu gün də davam edir.
Avropa dövlətlərinin müdaxiləsi ilə 1925-ci ildən sonra indiki İran ərazisində Türklərin hakimiyyətinə son qoyulmuşdur.
1925-ci ildən sonra Fars rejimi İranda hökmranlıq etməyə başlamışdlr.
1979-cu ildən sonra isə Fars rejimi libasını ( maskasını ) dəyişərək ,
"İran İslam Respublikası" adı altında yenidən zühur etmişdir.
"İran İalam Respublikası" adı altında fəaliyyət göstərən indiki Fars rejimi
Azərbaycan-Türkiyə münasibətlərini pozmaq ; Türk Dövlətləri Təşkilatının ( TDT ) inkişafına mane olmaq üçün gizlı və açıq mübarizə aparır.
Öz məqsədinə çatmaq üçün İran Fars rejimi şər-böhtan kampaniyası aparır, hər cür təxribatlara əl atır.
İran - Fars rejimi PKK-nın buraxılmasını həzm edə bilmir.
Özünü buraxmış bu təşkilatın Suriyada yenidən dirçəldilməsinə çalışır. PKK-nın İran qoluna gizli dəstək verib ayaqda saxlayır. Azərbaycanın İsrail ilə yaxınlığını bəhanə gətirərək :
-- şaiələr yayır, müxtəlif şantajçı addımlar atır :
-- dini zəmində məzhəbçilik nifaqı alovlandırmağa cəhd edir.
Əslində isə İsrail ilə Azərbaycanın münasibətlərinin yaxşı olmasının Türkiyəyə , Azərbaycana və İrana heç bir zərəri yoxdur.
İran özü keşmiş İran-İraq savaşında sionist deyib lənətlədiyi İsraildən 3 miyard dollar dəyərində silah almışdı.
Son günlər Azərbaycan Türkiyə və Pakistanın qardaşlıq və dostluq bağlarını bərkitməsi ; Fransa kimi Qərb dövlətləri kimi İran - Fars rejiminin də yuxusunu qaçırır.
"İran İslam Respublikası"adı altlnda fəaliyyət göstərən Fars rejimi müsəlman dünyasının ortasına atılmış qorxulu bəladır.
"Müsəlman" cildinə girib məzhəb davası aparır , müsəlmanların qanını axıdır.
Qarabağ münaqişəsi zamanı 30 il ərzində müsəlman Azərbaycana
kömək etmədi.
Əksinə, Azərbaycana düşmənçilik edən xristian Ermənistana yardım etdi.
Pakistan və Hindistan arasında münaqişə yarananda İran - Fars rejimi müsəlman Pakistanın yox ; buddist Hindistanın tərəfində oldu.
İran - Fars rejiminin strateji məqsədi müsəlmanları məhv etmək ; dünya üzərində
Farsların hökmranlığına nail olmaqdır.

Qəvami Sadıqbəyli.
Xudaferin.eu

22:44