İRAN – AZƏRBAYCAN TÜRK DÖVLƏTİDİR.....

Tarixi - Elmi -Siyasi Analitik Monoqrafiya

GİRİŞ :

İnsanlıq tarixinin bütün mərhələlərində xalqların taleyi --- coğrafi məkan, etnik tərkib, siyasi hakimiyyət və böyük dövlətlərin qarşılıqlı münasibətləri ilə formalaşmışdır.
Bəzi xalqlar öz dövlətlərini qoruyub saxlamış, bəziləri isə müxtəlif imperiyaların tərkibinə qatılaraq parçalanma, assimilyasiya və ya yenidən dirçəliş mərhələlərindən keçmişlər.
Qafqaz, Ön Asiya və İran yaylası bu baxımdan dünyanın ən qədim etno-siyasi laboratoriyalarından biri olmuşdur.
Azərbaycan türkləri bu bölgənin ən qədim yerli etnoslarından biri kimi --- minillər boyunca müxtəlif dövlətlər yaratmış ; bu geniş coğrafiyada hökmranlıq etmiş və regionun tarixi kimliyinin əsas daşıyıcısı olmuşdur.

Azərbaycan türkləri tarixən geniş bir coğrafiyada yaşamışlar.
--- Şimalda – Qafqaz dağlarının cənub yamacları ;
--- Cənubda – Urmiya gölü hövzəsi, Zəncan, Həmədan, Qəzvin, Tehran ətrafı ;
--- Qərbdə – Kərkük, Mosul, Xaneqin bölgələri ;
---- Şərqdə – Xorasan, Məşhəd, Nişapur və Kuhistan bölgələri ;
Həmçinin – indiki Ermənistanın bütün ərazisi , Gürcüstsnın bir hissəsi, ( Borçalı ) , Rusiya Fedarasiyasının tərkibində olan Dağıstanın cənub rayonları ( Dərbənd ) Azərbaycana aiddir.
Güney Azərbaycanın – Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin və digər şəhərlərinin tarixi əhalisi Azərbaycan türkləri olmuşdur.
Bu coğrafiya bütövlükdə Böyük Azərbaycan adlanan sivilizasiya məkanını formalaşdırmışdır.
Ümumilikdə İran yaylası Avrasiyanın mərkəzində yerləşən -- Qərbi Asiya, Orta Asiya və Yaxın Şərq arasında körpü rolunu oynayan strateji regiondur.
Hörmüz boğazına nəzarət – dünya enerji ticarətinin əsas qapısının sahibi olmaq deməkdir.
İranın Şimada Xəzər dənizinə çıxışı ,
Qərbdə Türkiyə və İraqla sərhəddi – Avropa və ərəb dünyası ilə bağı vardır.
Şərqdə Pakistanla , Əfqanıstanla , Orta və Cənubi Asiya əlaqələri mövcuddur.
İran həm də Qədim İpək Yolunun mərkəzində yerləşir.
Bütün bu üstünlüklər İran adlandırılan ərazini tarixin bütün dövrlərində böyük imperiyaların qarşıdurma meydanına çevirmişdir.
İran ərazisində mövcud olmuş dövlətlərin xronologiyası belədir :

1. Midiya (e.ə. 728–549)
Hökmdarlar: Deyok, Fraorta, Kiaksar, Astiaq.
Hadisələr: Tayfaların birləşməsi, Assuriyanın süqutu, Ekbatan paytaxtının qurulması.

2. Əhəmənilər (e.ə. 550–330)
Hökmdarlar: II Kir, Kambiz, I Dara, Kserks, III Dara.
Hadisələr: Antik dünyanın ən böyük imperiyalarından biri, İsgəndərin yürüşü ilə süqut.

3. Selevkilər (e.ə. 312–63)
Hökmdar: I Selevk və davamçıları.
Hadisələr: Ellinizm mədəniyyətinin yayılması.

4. Parfiya – Arşakilər (e.ə. 247 – b.e. 224)
Hökmdarlar: I Arşak, Mitridat, Artaban.
Hadisələr: Roma ilə müharibələr, İran yaylasında türk komponentinin güclənməsi.

5. Sasanilər (224–651)
Hökmdarlar: I Ərdəşir, I Şapur, III Yezdigerd.
Hadisələr: Zərdüştilik dövlət dini, ərəblərin yürüşləri ilə süqut.

6. Ərəblər – Xilafət dövrü (VII–IX əsr)
Hadisələr: İslamın yayılması, fars və türk boylarının qarışması.

7. Tahirilər (821–873)
Xorasan mərkəzli, yerli İran əyanlarının hakimiyyəti.

8. Səfərilər (867–1003)
Yəqub Leys Səffari tərəfindən qurulmuş, Şərqi İranı idarə etmişdir.

9. Samanilər (875–999)
Paytaxt: Buxara
Hadisələr: Fars mədəniyyətinin yenidən dirçəlişi.

X əsrdən etibarı ilə bu ərazilərdə 1000 dən çox
Türk sülalələrinin qəti və ardıcıl yüksəlişi başlayır

10. Qəznəvilər (977–1186).
Ən məşhur hökmdarı -- Mahmud Qəznəvi ,
Tuğrul, Alp Arslan Səlcuqlar İmperiyasına yol açanlar olmuşlar.

11. Böyük Səlcuqlar (1037–1194) — TƏMİZ TÜRK DÖVLƏTİ.
Hökmdarları : Alp Arslan, Məlikşah və davamçıları.
Hadisələr: Orta Şərqin türkləşməsi, İranın dövlət idarəçiliyinin tam olaraq türklərin əlinə keçməsi.

12. Eldəgizlər, Atabəylər (XII əsr).
Azərbaycanın siyasi gücünün artması.

13. Elxanilər – Hülakülər (1256–1357)
Hülaku xan – monqol-türk dövləti.

14. Qaraqoyunlular (1375–1468).
Bayram Xoca, Qara Yusif
Paytaxt: Təbriz

15. Ağqoyunlular (1378–1501).
Uzun Həsən – dünya siyasətində mühüm fiqur.

16. Səfəvilər İmperiyası (1501–1736) — AZƏRBAYCAN TÜRK DÖVLƏTİ.
Şah İsmayıl Xətai, I Şah Təhmasib, Şah Abbas
Paytaxt: Təbriz → Qəzvin → İsfahan.
Hadisələr: İranın rəsmi şiə məzhəbinə keçməsi, mərkəzləşmiş dövlətin qurulması.

17. Əfşarlar İmperiyası (1736–1796) — AZƏRBAYCAN TÜRK DÖVLƏTİ
Hökmdar -- Nadir Şah.
Hadisələr: Hindistana yürüş, Qafqazın vahid idarəsi.

18. Qacarlar İmperiyası (1796–1925) — AZƏRBAYCAN TÜRK SÜLALƏSİ.
Hökmdarları -- Ağa Məhəmməd xan, Fətəli şah, Nəsrəddin şah.
Hadisələr: XIX əsrdə İranı idarə edən son türk sülaləsi.

Yuxarıda qeyd olunan tarixi faktlara əsaslanaraq aşağıdakı mühüm nəticələri vurğulamaq mümkündür:

I FƏSİL. QƏDİM DÖVRDƏ AZƏRBAYCAN COĞRAFIYASI.

1.1. Ən qədim türklərin Ön Asiyaya gəlişi.
Arxeoloji və antropoloji araşdırmalar göstərir ki, türkdilli tayfaların prototipləri eramızdan əvvəl ən azı II minillikdə İran-Azərbaycan coğrafiyasında mövcud olmuşdur.
Midiyanın etnik tərkibi, Atropatena dövlətinin dili və mədəniyyəti türk elementləri ilə sıx bağlı olmuşdur.

1.2. Atropatena – ilk “Azərbaycan Dövləti”dir.

Atropatena dövləti (e.ə. IV əsr) --- Azərbaycanın həm adını, həm də siyasi sərhədlərini formalaşdırdı.
Bu dövlətin mərkəzi Təbriz–Zəncan–Həmədan xətti boyunca yerləşmişdi və türk mənşəli tayfalar aparıcı etnos rolunda idi.

II FƏSİL. ORTA ƏSRLƏR : AZƏRBAYCAN TÜRK İMPERİYALARININ QURULUŞU (X–XX ƏSR)

Bu dövr İran ərazisində Azərbaycan türklərinin ardıcıl 1000 illik dövlətçilik zəncirini formalaşdırır.

2.1. Səlcuq İmperiyası (X–XII əsrlər)

İranı idarə etmiş ilk böyük türk imperiyası Səlcuqlardır.
Paytaxt Rey, Həmədan və Təbriz olmuş ; fars coğrafiyası -- türk siyasi və hərbi elitasının idarəsinə keçmişdir.

2.2. Eldənizlər Dövləti – Azərbaycan Atabəyləri (XII–XIII əsrlər).

O dövrdə Təbriz paytaxt olmaqla İranın böyük hissəsi Azərbaycan türklərinin idarəsində idi.

2.3. Qaraqoyunlular, Ağqoyunlular , Əfşarlar , Qacarlar. (XIV əsrdən –XX əsrin əvvəlinədək ).

Bu dövlətlərin hamısı Azərbaycan türklərinə məxsus olmuş; paytaxt şəhərləri Təbriz, Qəzvin , İsfahan olmuşdur.
İran faktiki olaraq Azərbaycan dövlətlərinin siyasi nüvəsinə çevrilmişdi.

2.4. Səfəvi İmperiyası (1501–1736).

Azərbaycan dövlətçiliyinin ən parlaq siyasi dövrü Azərbaycan türklərinin yaratdığı --- Səfəvilər İmperiyası olmuşdur.

Paytaxt: Təbriz – Qəzvin – İsfahan
Dövlət dili: Azərbaycan türkcəsi.
Ordu: Qızılbaş türk tayfaları.
Azərbaycan türkləri bu dövrdə İranı yalnız idarə etməmiş, həm də onun siyasi-ideoloji mahiyyətini, dövlət modelini və mədəni simasını müəyyən etmişlər.

2.5. Əfşar və Qacar imperiyaları (1736–1925)

Nadir Şah Əfşar və Qacar sülaləsi İranı tam şəkildə türk dövlətinə çevirdi. Qacarların son padşahına qədər İran etnik, siyasi və hərbi baxımdan türk dövləti olmuşdur.

III FƏSİL.
BÜTÖV AZƏRBAYCANIN PARÇALANMASINDA KATOLİK KİLSƏSİNİN , AVROPA ÖLKƏLƏRİNİN VƏ RUS İMPERİYASININ ROLU.

3.1. Avropanın Cənubi Qafqaz strategiyası.

XVIII–XIX əsrlərdə Britaniya, Fransa və Vatikan Şərqdə öz siyasətlərini həyata keçirmək və bu coğrafiyada möhkəmlənmələri üçün Rusiya ilə İranı qarşı-qarşıya qoyaraq , Cənubi Qafqazda balans siyasəti aparırdılar.
Katolik kilsəsi Qafqazdakı xristianların “zəmanətçisi” kimi çıxış edir, Rusiya imperiyasının işğal siyasətini dolayı yolla təşviq edirdi.

3.2. Rusiya – Qacarlar dövlətlərinin münasibətləri.

Tarixi hadisələr və sənədlər göstərir ki, Avropanın təşviqi ilə Rusiya ilə Qacarlar dövləti arasında çoxsaylı müharibələr olmuşdur.
Bu savaşların nəticəsi kimi əsas zərbəni Azərbaycan türkləri almışdır.

3.3. 1805 "Kürəkçay", 1813 "Gülüstan", 1828 "Türkmənçay" müqavilələri adlanan bu sənədlər – Bütöv Azərbaycanın parçalanmasının beynəlxalq hüquqi əsasını yaratdı:

"Kürəkçay"(1805) müqaviləsi ilə – Qarabağ xanlığı Rusiyaya tabe etdirildi.

"Gülüstan" (1813) müqaviləsi – Şimali Azərbaycanın böyük hissəsinin Rusiya tərəfindən işğalı ilə nəticələndi.

"Türkmənçay" (1828) müqaviləsi ilə – Bütöv Azərbaycanın iki yerə – Şimal və Cənuba bölünməsi başa çatdırıldı.

Bu müqavilələr xalqın iradəsinə zidd, zorla qəbul etdirilmiş imperialist aktlardır və Azərbaycanın tarixi bütövlüyünə ağır zərbə olmuşdur.

IV FƏSİL. MÜASİR DÖVR: AZƏRBAYCAN RESPUBLİKASI – REGİONAL LİDER VƏ TÜRK DÜNYASININ TƏKANVERİCİ GÜCÜ.

4.1. Azərbaycan – TDT-nin lokomotivi rolunda.

Bu gün Azərbaycan Respublikası Türkiyə ilə birlikdə
--- Türk Dövlətləri Təşkilatında ( TDT ) strateji qərarverici aktor ;
--- Zəngəzur dəhlizi, Transxəzər layihələri, TANAP–TAP enerji xətti ilə Türk coğrafiyasını birləşdirən əsas körpü ;
--- Türk dünyasının siyasi-inteqrasiya proseslərinin liderinə çevrilmişdir.

4.2. İqtisadi və hərbi güc.

Müasir və müstəqil Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir.
--- Regionun enerji lideridir.
--- Geosiyasi təşəbbüslərin əsas generatorudur.
Bu gün Azərbaycan təkcə iqtisadi və hərbi baxımdan deyil ; həm də Qlobal təhlükəsizlik sistemində mühüm aktor kimi çıxış edir.

4.3. Cənubi Azərbaycan faktoru.

Müstəüil Azərbaycan Respublikasının
güclənməsi ; Cənubi Azərbaycanda milli özünüdərki möhkəmləndirir, bu reallıq -- bölgədə siyasi balansı dəyişir.
Müstəqil Azərbaycan Respublikası --- Bütöv Azərbaycan Dövlətinin gələcəyinin əsas təminatçısına çevrilir.

Tarixi araşdırmalar sübut edir ki:
1. İranın son 1000 illik dövlətçiliyi əsasən Azərbaycan türkləri tərəfindən idarə olunmuşdur.
2. Bütöv Azərbaycanın parçalanması xarici güclərin – xüsusilə Avropa dövlətləri, Katolik kilsəsi, Rusiya və İranın koordinasiyalı siyasətinin nəticəsi olmuşdur.
3. Bir biri ilə rəqabətdə olan bu "mehriban düşmənlər" -- Azərbaycanın Bütövlüyü məsələsində birləşirlər. Çünki Bütöv Azərbaycanın qüdrətindən qorxurlar.
4. Müasir Azərbaycan Respublikası regionun lider dövləti olaraq türk dünyasının siyasi gələcəyini müəyyən edir.
5. İran coğrafiyası minilliklərdir ki, Azərbaycan türklərinin mədəni-siyasi hakimiyyət dairəsində olmuş, bu səbəbdən taruxi - elmi siyasi qənaət olaraq tam əsasla demək olar ki : İRAN – AZƏRBAYCAN TÜRK DÖVLƏTİDİR.

Müəllif : Qəvami Sadıqbəyli.
Xudaferin.eu

21:03