İran Amerika Birləşmiş Ştatlarından Birləşmiş Millətlər Təşkilatına şikayət edib.
Xudaferin.eu-nun məlumatına görə, İran ABŞ-ı davam edən etiraz aksiyaları ilə bağlı ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb. Tehran, ABŞ prezidenti Donald Trampın ölkədə davam edən nümayişlərlə bağlı mesajları haqqında BMT-yə şikayət edərək, açıqlamaları qınamağa çağırıb.
İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xosro BMT baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda deyir: “ABŞ hökuməti etiraz aksiyalarına dəstək vərmək bəhanəsilə mənasız şəkildə İranın daxili işlərinə müdaxilə hərəkətlərini artırıb. ABŞ prezidenti Tramp və vitse-prezident Mayk Pens Tvitter yazdıqları mesajlarla iranlıları təhrikedici hərəkətləri təşviq edib”.
Xosrə ABŞ-ı beynəlxalq hüquqa və BMT Konvensiyasının prinsiplərinə zidd hərəkət etməkdə ittiham edib.
İran ABŞ-dan BMT-yə şikayət etdi

Xudaferin.eu
18:11
Digər xəbərlər