İrakli Qaribaşvili: Gürcüstan və Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə çox yaxşı görüşüm oldu. Gürcüstan və Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, həmçinin iqtisadi artımın gücləndirilməsinə xüsusi diqqət yetirirlər.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili özünün X sosial şəbəkə hesabında yazıb.

Hökumət başçısı qeyd edib ki, xalqlarımızın mənafeyi naminə Gürcüstan və Azərbaycan ticarət, enerji, infrastruktur, davamlı inkişaf üçün potensial birgə layihələrin müəyyənləşdirilməsi üzərində işləyirlər.

Xudaferin.eu

16:01