“İqtisadi fəallığın azalması böhranı dərinləşdirəcək”

Ölkədə liberal məzənnə sisteminə keçidlə bağlı liberal iqtisadi sistemin vəziyyəti gündəmə gəlib. Ekspert Rövşən Ağayev bununla bağlı öz fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, liberal iqtisadi sistemin ən vacib baza elementləri, ələlxüsusus azad sahibkarlıq, rəqabətli bank sektoru, çeşidli alətləri özündə birləşdirlən maliyyə bazarları, dayanıqlı makroqitisadi sabliyə təminat verən tarazlaşdırlmış tədiyyə balansı, diversifikasiya olunmuş və valyuta bazarının tələbatının heç olmazsa üçdə birini ödəyən qeyri-resurs iqtisadiyyatı yoxdur. Ona görə də liberal məzənnə sisteminə keçid yanlış siyasətdir. Çünki heç bir investror, bank indiki qeyri-sabit, qeyri-müəyyən məzənnə rejimində yığımlarını innesitisya kimi iqtisadiyyata yönəltməyəcək. Nəticədə iqtisadi fəallıq daha kəskin azalacaq, böhran daha daha da sərtləşəcək.
R.Ağayev bildirib ki, sərbəst üzən məzənnə rejiminə keçid o şəraitdə iqtisadiyyatda katakilizmlər yaratmır ki, tədiyyə balansının ümumi saldosu tarazlıq nöqtəsinə yaxın olur, yaxud hökumət qısa müddətdə əmtəə və xidmət ixracının, ölkəyə kapital gəlişinin artımı hesabına Ölkədə yeni məzənnə rejiminə uyğun sosial siyasət mexanizmləri formalaşdırılmayıb, qiymətlərin qısa müddətdə kəskin dəyişilməsinə reaksiya verən gəlir indeksiyası mexanizmi mövcud deyil. Yeri gəlmişkən, Ukraynada 2014-ücü ildə tədiyə balansında 10 mlrd. USD-dən çox defisitin yarandığı şəraitdə qrivnanı buraxdılar, milli valyuta 3 dəfədən çox dəyərdən düşdü. Amma 2015 və 2016-cı illərdə tədiyyə balansında müsbət saldo qrivnanın məzənnəsinin tam sabitləşməsini təmin etdi. Rusiya və Qazaxıstanda neftin qiymətinin kəskin düşdüyü 2015-2016-cı illərdə belə əmtəə ixracından gəlirlər 2 dəfədən çox azaldı, Rusiyada hətta böyük həcmli kapital qaçışı verdi, amma tədiyə balansında tarazlığı qorumaq mümkün oldu. Azərbaycanda isə 2015-2016-cı illərdə tədiyə balansında böyük kəsir yaranıb, 2017-ci ildə isə neftin qiyməti indiki səviyyədə qalacağı tədqirdə kəsiri aradan qaldırmaq real görünmür.

Azadliq.info

11:46