“Vergi Amnistiyası ideyası, ilk baxışdan, çox pozitiv görünür, vətəndaşın, iş adamlarının xeyrinə atılan addım kimi qavranılır. Doğrudan da, vergi cərimələrində müəyyən güzəştlərin olması pis deyil. Amma əgər hökumətin belə bir fikri var idisə, büdcə qəbul edilərkən bunu niyə nəzərə almadılar?”
Cebhe.info xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli belə deyib. Onun sözlərinə görə, cəmi 5 gün əvvəl büdcə qəbul edilib, parametrlər, gəlirlər, xərclər qeyd olunub, həmin silinməli olan 624 mln. manat vəsait də vergi proqnozuna daxil edilib: “Amma indi ayılıblar ki, vergi amnistiyası etmək lazımdır. Bu addım bir daha sübut edir ki, hökumət nəinki 1-2-3-5-10 il öncəni, hətta 5 gün sonranı da görə, planlaşdıra, hesablaya bilmir. Əgər həmin 624 mln. manat vergi proqnozuna daxil idisə, indi ya parlament bir daha yığışıb büdcəni dəyişməlidir, ya da o çatışmayan 624 mln. manatı biznesin boğazına çöküb, onlardan yığmağa çalışacaqlar, bu da onsuz da pis vəziyyətdə olan biznesi, lap quyunun dibinə salacaq. Digər tərəfdən hörmətli qalstuklu müəllimlər, vergi amnistiyası belə olmur, əvvəl maliyyə amnistiyası elan edilir, “kölgə iqtisadiyyatı” ağ günə, işıq üzünə çıxarılır, korrupsiya və digər yollarla əldə edilmiş maliyyə vasaitlərinin böyük bir qismi büdcəyə qaytarılır, digər hissəsinə amnistiya verilir və ancaq bununla paralel olaraq, vergi amnistiyası da elan edilir”.
Ekspert qeyd edib ki, ən əsası bütün bunlar siyasi idarəetmə və sistem dəyişikliyindən sonra olur: “Maliyyə və Vergi Amnistiyası ilə paralel Lyustrasiya və Reabelitasiya qanunları da qəbul olunur –
a) Adı korrupsiyada hallanan vəzifəli şəxslər hakimiyyətdən uzaqlaşır,
b) Uzun illər vətəndaşların əlindən alınan mülkiyyət və digər haqlar reabelitasiya yolu lə onlara qaltarılır. Yol budur, sizin etdiyiniz yol deyil”.
İqtisadçı: “Hökumət 5 gün sonranı da görə bilmir”

Alçina Amilqızı
Cebhe.info
11:39
Digər xəbərlər