İqtidarın ruporu ATV-də rüşvət biabırçılığı

ATV-də rüşvət biabırçılığı ATV telekanalının əməkdaşı sosial şəbəkədə çalışdığı kanalı biabır edib. Dostluğumda olan, məni tanıyan hər kəsə səslənirəm! Vaxtilə ATV kanalında yayımlanan "Qanunla biz" verilişinin prodüseri olmuşam! Həmin verilişə qonaq kimi dəvət edilən hüquqşünaslardan mənim adımdan istifadə edilərək pullar tələb olunub. Nəzərinizə çatdırıram ki, adı çəkilən verilişdə qonaqlardan alınan pullardan qətiyyən mənim xəbərim yoxdur və mən cavabdehlik danışıram".

Bu sözləri ATV telekanalının keçmiş əməkdaşı İlhamə Mehdi sosial şəbəkədə paylaşıb. Kanalın keçmiş əməkdaşı alınan pullarda dolayı yolla verilişin aparıcısı Zülfiyyə Bayramovanı ittiham edib:

ATV-də rüşvət biabırçılığı

"Bu haqda məlumatı mənə hüquqşünas Vüqar Səfərli dedi. Onun mənimlə olan yazışmasında bu faktlar öz əksini tapır. Sizi layihənin rəhbəri və aparıcısı Zülfiyyə Bayramova dəvət edib. Onun sayəsində sizi tanımışam. Vüqar Səfərli, Asif Abdullayev, Xəyal Bəşirli və digər vəkilləri... Verilişə pulsuz cəlb etdiyim aktyorlara görə verdiyiniz pullardan da xəbərim yoxdur. Bəli, həmin vəkillərin bəzilərinə kanal rəhbərliyinin və Vəkillər Kollegiyasının adı bayraq olaraq təqdim edilib. Özümə cavabdehəm və əminliklə deyə bilərəm ki, hörmətli hüquqşünaslar mənim baş verənlərdən qətiyyən xəbərim olmayıb".
Kanalın keçmiş əməkdaşı şərləndiyini də etiraf edib: "Etdiyi bu axmaq əməlləri mənim üstümə atmaq istəyənlərə demək istəyirəm ki, elə etməsinlər ki, əlimdə olan faktları media ilə paylaşım! Pulları alıb yeyən şəxsə səslənirəm ki, özünə hörmət edirsə, televiziyadan uzaqlaşsın".
Qeyd edək ki, bütün bunlar ilk öncə “istipress.com” saytında, daha sonra, isə digər saytlarda yayımlanıb. Azərbaycanda adını müstəqil KİV qoyan, sadəcə şou-biznes adı altında cəmiyyətin “beyinyuma” siyasətində fəal iştirakçı olan bütün KİV-lər getdikcə indi üzləşdiyimiz ağır, üzən və süzən devalivasiyanın axarında çökməyə başlayıblar. İqtidarı süni şəkildə mədh etməklə özəl KİV görütüsü yaratmaqla təfəkkür baxımından özlərinin intellektual səviyyələrinin nə kimi yerdə olduğunu gizlətmək taktikasına üz tutublar. Nə qədər ki, ölkə KİV-lərində alternativ düşüncə və ideyalara qarşı TABU münasibəti var, durum beləcə mənasızcasına davam edəcək. Peşəkar jurnalistika sənəti isə rejimin ən adi quluna çevrilmək müstəvisində məhvə məhkum olunacaq.

Xudaferin.eu 

 

15:42