İqor Korotçenko: Şuşa yaxınlığında törədilən terror aktı beynəlxalq terrorizmin bir həlqəsidir

Noyabrın 13-də Şuşa yaxınlığında törədilən terror aktı beynəlxalq terrorizmin bir həlqəsidir. Ermənistan vətəndaşının şəxsində törədilən bu terror aktına görə Ermənistanın hakimiyyət orqanlarının məsuliyyət daşıdığı birmənalıdır.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Şuşa səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Korotçenko qeyd edib ki, terror aktını törədən şəxsin əməllərinə hüquqi qiymətin verilməsi üçün onun Azərbaycan və ya Rusiya istintaq orqanlarına təhvil verilməsi zəruridir. Bu addım Ermənistan hakimiyyətinin bölgədə dayanıqlı sülhün yaranması istəyinin ifadəsi ola bilər.

Xudaferin.eu

16:32