“iPhone X” üçün növbələr: smartfonların rəsmi satışına başlanılıb

 

“Apple” kompaniyasından növbəti yenilik işıq üzü görüb. Noyabrın 3-də bütün dünya ölkələrində “iPhone X” smartfonlarının rəsmi satışına başlanılıb.

“Apple”ın yeni qurğusunun satışına ilk olaraq Avstraliyada start verilib. Ona hamıdan tez sahib olanlar mağazanın girişində bir neçə gün növbədə dayanıblar. “iPhone” smartfonunun 10-cu modelinin rəsmi qiyməti 1100 avrodan bahadır. O, sentyabrın 12-də Tim Kuk tərəfindən“ iPhone 8” və “iPhone 8 Plus” modelləri ilə birgə təqdim edilib.

Modelin adındakı rum rəqəmi - X smartfonun 10-cu xəttinin simvoludur. Yeniliyin əsas xüsusiyyəti telefonda “HOME” düyməsinin olmamasındadır. Həmçinin “iPhone X” qurğusunun çərçivəsiz ekranı orqanik işıq diodları əsasında hazırlanıb. Eyni zamanda, “iPhone”un yeni modelində üz cizgilərini tanıya bilən “Face ID” sistemi quraşdırılıb.

Xudaferin.eu

"Avropa Bürosu"

 

09:53