İordaniyalı jurnalist Azərbaycanın Vətən müharibəsində Qələbəsindən yazıb

İordaniyalı rus mənşəli jurnalist Yelena Neduqina İordaniyanın “Əl Ənbat” qəzetində və “Əl Hərir” portalında Azərbaycanın Vətən müharibəsində Qələbəsi haqqında məqalə ilə çıxış edib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, məqalədə noyabrın 8-də Azərbaycana dost ölkələrin, o cümlədən İordaniya ictimaiyyətinin azərbaycanlılarla birlikdə Zəfər Gününü qeyd etdiyi, 44 günlük müharibədə Ermənistanın işğalına son qoyulduğu, azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparıldığı diqqətə çatdırılıb.

Müəllif vurğulayıb ki, tarixi ədaləti bərpa edən Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrini öz gücü ilə yerinə yetirib və ATƏT-in Minsk Qrupunun 28 ilə yaxın davam edən nəticəsiz danışıqları, həmçinin Ermənistanın hərbi təxribatlarından sonra genişmiqyaslı antiterror əməliyyatı həyata keçirərək böyük Zəfər qazanıb. Bu Qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Hazırda regional əməkdaşlığın inkişafı, kommunikasiyaların və nəqliyyat dəhlizlərinin açılması gündəmdə olan əsas məsələlərdir. Uzun illər blokada şəraitində olan Naxçıvanın, habelə işğaldan azad edilmiş qədim Şuşanın beynəlxalq turizm mərkəzinə çevrilməsi regiona rifah və sabitlik vəd edir.

Oqtay Bayramov

Xudaferin.eu

16:23