“Instagram”da birgə birbaşa yayım funksiyası istifadəyə verilib

 

 “Instagram” sosial şəbəkəsi birgə birbaşa yayım funksiyasını istifadəyə verib.

Sosial şəbəkənin məlumatına görə, yeni funksiya yayıma digər istifadəçini əlavə etməyə, onu silməyə və ya əvəzləməyə imkan yaradır. Birgə efir zamanı da tamaşaçılar şərhlər yaza biləcəklər. Bundan başqa, translyasiya videosunu telefon yaddaşında saxlayaraq sonradan onu “Stories” bölməsi vasitəsilə paylaşmaq mümkün olacaq.

Bildirilir ki, birbaşa yayıma daha bir istifadəçini əlavə etmək üçün sağ aşağı küncdəki yeni piktoqramın üzərinə basaraq “Add” (“Əlavə et”) funksiyasını seçmək lazımdır. Yeni istifadəçi qoşulan zaman ekran hissələrə bölünməyə başlayacaq. “iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “Instagram” əlavəsini “App Store” və “Google Play” mağazasından pulsuz yükləmək olar.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

12:30