İndoneziyalı direktor: Azərbaycan olduqca məsuliyyətli işin öhdəsindən uğurla gəldi

“COP29-u çox gözəl idarə edən Azərbaycan hökuməti böyük və olduqca məsuliyyətli bir işin öhdəsindən uğurla gəldi. Bütün maddi-texniki işləri və nümayəndə heyətlərinin ehtiyacları təmin olunub. Burada yaradılan şəraitdən çox razıyıq. Azərbaycanı bu tədbirə ev sahibliyi etdiyinə görə alqışlayırıq”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İndoneziyanın Ekologiya və Meşə Təsərrüfatı Nazirliyində direktor Yulia Suryanti deyib.

“Biz inkişaf edən ölkəyik, buna görə də iqtisadi inkişaf, yüksək təhsil üçün çalışırıq. Biz, eyni zamanda, iqlim dəyişikliyi səylərinə sadiqik”, - deyə o qeyd edib.

Xudaferin.eu

15:01