İndicə Bakıdan aldığım bəd xəbər məni sarsıtdı...

Məşhur televiziya rejissoru, Azərbaycanın əməkdar İncəsənət xadimi, gözəl insan, sevimli müəllimimiz Məhərrəm Bədirzadə ürək xəstəliyindən qəfil vəfat edib.

Gənclik illərində Tibb İşçilerinin Mədəniyyət Sarayında Məhərrəm müəllimin bədii rəhbər olduğu dram dərnəyinə gedərim. Məhərrəm müəllim olduqca alicənab və qayğıkeş bir insan idi. Dərnəyin ən azyaşlı olsam da çox dəyərli dostlar qazanmışdım. Bu günə kimi Eldəniz Quliyev, İzzət Azizov, Geray Alibekov, Rauf Umidov və digər usaqları böyük hörmət və məhəbbətlə xatırlayıram. Bu tərbiyyə nümunəsi olan Ziyalılarla dostluğumuz bu gün də davam etməkdədir. Məhərrəm müəllim isə hamımızın sevimlisi olub...

Öz adımdan, ailəmiz adından, rəhbəri olduğum təşkilat adından Məhərrəm Bədirzadə ailəsinə, sevənləri və sevdiklərinə dərin hūzūnlə baş sağlığı verir, axır qəminiz olsun deyirəm.

Allah rəhmət eləsin.

Dərin hüzūnlə Elman Mustafazadə

P.S. Şəkildə soldan sağa: İlham Namiq Kamal, Məhərrəm Bədirzadə,bəndəniz Elman Mustafazadə,Geray Alibekov. Şəkil keçən əsrin 70-ci illərinə aiddir...

Xudaferin.eu

23:02