İndicə Azərbaycandan gələn acı xəbər qurbətçilərimizi sarsıtmışdır.

"Ya Qarabağ, Ya Ölüm" Beynəlxalq WhatsApp Qrupunun adminlərindən biri, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidmətinin rəhbəri, ilk döyüşçü-jurnalist , Qazi, Türkşünas-alim, 10-dan artıq elmi-tarixi kitabların müəllifi, səmimi, xeyirxah və ziyalı insan Xəqani Ədəboğlu (Rzaquliyev Xəqani) noyabr ayının 24-də qəflətən vəfat etmişdir. Xaqani Ədəboğlunun əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin, nur içində yatsın.

Dərin hüzünlə:
Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti,
Xudaferin (xudaferin.eu) jurnalinin əməkdaşları,
"Ya Qarabağ, Ya Ölüm" Beynəlxalq WhatsApp Qrupunun bütün üzvləri.

Xudaferin.eu

11:58