İlqar Məmmədov üçün verilən vaxt başa çatdı: gözlər Avropada
Avropa Şurası ParlamentAssambleyasınınREALsədri İlqarMəmmədovunazadlığaburaxılması üçünAzərbaycanhakimiyyətinə verdiyivaxtoktyabrın 25-də başa çatdı. AŞ PA bildirmişdi ki, əgər REAL sədri azad edilməsə, Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi gündəmə gələcək. Amma vicdan məhbusu verilən vaxt ərzində azadlığa buraxılmadı. Maraqlıdır, AŞ PA hansı addımları atacaq?
Bu istiqamətdə gedən müzakirələr birmənalı deyil. AŞ PA-nın sərt qərar qəbul edəcəyini düşünənlər də, bu məsələdə Azərbaycanla beynəlxalq qurum arasında hər hansı bir razılığın əldə oluna biləcəyini deyənlər də var. Əksəriyyət REAL sədrinin tezliklə azadlığa buraxılacağını düşünür. İlin sonuna qədər bunun reallaşacağı da qeyd edilir.
“Turan” informasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə “deməzdim ki, 25-nə qədər buraxılması üçün vaxt qoyulmuşdu. Sadəcə olaraq, bu məsələ müzakirəyə çıxarılacaq, Azərbaycan tərəfdən bu məsələ ilə bağlı informasiya alınacaq – deyə qeyd etdi: ”Əsas olan odur ki, məsələnin həlli üçün vaxt veriləcək. Orada məsələ belə qoyulmamışdı ki, oktyabrın 25-də hər hansı bir qərar veriləcək. Burada təkcə İlqar Məmmədovun məsələsi yoxdur. Daha çox geniş siyasi məsələlər burada var ki, bunlar öz həllini tapmalıdır. Əvvəlcədən bəyan edilirdi ki, baxış olacaq, ondan sonra vaxt qoyulacaq. Məsələnin həllindən asılı olaraq, növbəti iclasda artıq o məsələ qalxa bilər. Hakimiyyət əslində İlqar Məmmədovu azad etməlidir. Ona görə yox ki, Avropa sıxır deyə bunu etsin. Sadəcə olaraq, qanun nöqteyi-nəzərindən və digər aspektlərdən baxsaq, bütün hallarda o azad olunmalıdır. Onun həbsi və həbsdə saxlanılması haqsızlıqdır. Bizdə çoxsaylı siyasi motivlərlə həbs edilən məhbuslar var. Bu məsələ də hələ həll olunmayıb. Burada vacib olan məsələ məhkəmələrin azad olmaması ilə bağlıdır. Azərbaycanda ən böyük problemlərdən biri də odur ki, məhkəmələr icra hakimiyyətindən asılıdır və tapşırıqlar əsasında qərarlar qəbul edir. Buna son qoyulmasa, siyasi və iqtisadi, eləcə də başqa məsələlərdə problemlər artmaqda davam edəcək. Hesab edirəm ki, yaxın gələcəkdə bu məsələ prioritet olacaq”.
Qeyd edək ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarını, o cümlədən azadlıq və toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrininin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.
Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-in Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-in qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq.
İlqar Məmmədov üçün verilən vaxt başa çatdı: gözlər Avropada
Avropa Şurası Parlament Assambleyasının REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə verdiyi vaxt oktyabrın 25-də başa çatdı. AŞ PA bildirmişdi ki, əgər REAL sədri azad edilməsə, Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi gündəmə gələcək. Amma vicdan məhbusu verilən vaxt ərzində azadlığa buraxılmadı. Maraqlıdır, AŞ PA hansı addımları atacaq?
Bu istiqamətdə gedən müzakirələr birmənalı deyil. AŞ PA-nın sərt qərar qəbul edəcəyini düşünənlər də, bu məsələdə Azərbaycanla beynəlxalq qurum arasında hər hansı bir razılığın əldə oluna biləcəyini deyənlər də var. Əksəriyyət REAL sədrinin tezliklə azadlığa buraxılacağını düşünür. İlin sonuna qədər bunun reallaşacağı da qeyd edilir.
“Turan” informasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə “deməzdim ki, 25-nə qədər buraxılması üçün vaxt qoyulmuşdu. Sadəcə olaraq, bu məsələ müzakirəyə çıxarılacaq, Azərbaycan tərəfdən bu məsələ ilə bağlı informasiya alınacaq – deyə qeyd etdi: ”Əsas olan odur ki, məsələnin həlli üçün vaxt veriləcək. Orada məsələ belə qoyulmamışdı ki, oktyabrın 25-də hər hansı bir qərar veriləcək. Burada təkcə İlqar Məmmədovun məsələsi yoxdur. Daha çox geniş siyasi məsələlər burada var ki, bunlar öz həllini tapmalıdır. Əvvəlcədən bəyan edilirdi ki, baxış olacaq, ondan sonra vaxt qoyulacaq. Məsələnin həllindən asılı olaraq, növbəti iclasda artıq o məsələ qalxa bilər. Hakimiyyət əslində İlqar Məmmədovu azad etməlidir. Ona görə yox ki, Avropa sıxır deyə bunu etsin. Sadəcə olaraq, qanun nöqteyi-nəzərindən və digər aspektlərdən baxsaq, bütün hallarda o azad olunmalıdır. Onun həbsi və həbsdə saxlanılması haqsızlıqdır. Bizdə çoxsaylı siyasi motivlərlə həbs edilən məhbuslar var. Bu məsələ də hələ həll olunmayıb. Burada vacib olan məsələ məhkəmələrin azad olmaması ilə bağlıdır. Azərbaycanda ən böyük problemlərdən biri də odur ki, məhkəmələr icra hakimiyyətindən asılıdır və tapşırıqlar əsasında qərarlar qəbul edir. Buna son qoyulmasa, siyasi və iqtisadi, eləcə də başqa məsələlərdə problemlər artmaqda davam edəcək. Hesab edirəm ki, yaxın gələcəkdə bu məsələ prioritet olacaq”.
Qeyd edək ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarını, o cümlədən azadlıq və toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrininin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.
Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-in Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-in qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq.
Realmedia.az
09:52
Digər xəbərlər