Bu şəkilə hər baxanda ilk diqqətimi üzümdəki təbəssüm çəkir. Amma o təbəssümün arxasında necə bir nisgil, necə bir Vətən həsrəti gizləndiyini yalnız mən bilirəm…
Karpat dağları möhtəşəm idi. Meşələr sükuta bürünmüşdü, dağ küləyi üzümə toxunurdu. Ətrafdakı hər kəs bu gözəllikdən zövq alırdı. Mən də gülümsəyirdim…
Amma o təbəssüm ürəyimin səsi deyildi.
Çünki ürəyim həmin an düşmən tapdağında olan Qarabağda idi…
Fikrim Cıdır düzündə dolaşırdı. Xəyalım Şuşanın daş küçələrində gəzir, Kəlbəcərin buz bulaqlarından su içir, Laçının dağ yolları ilə addımlayırdı…
Karpat dağının ətəyində dayanmışdım, ruhum isə əsir qalmış Vətənimin dağlarını qucaqlayırdı…
İnsan bəzən dünyanın ən gözəl yerlərində olur, amma özünü ən bədbəxt adam kimi hiss edir. Çünki Vətənin həsrəti heç bir mənzərə ilə ovudulmur. Doğma torpağın ətri, dağlarının nəfəsi, daşının sükutu belə dünyanın bütün gözəlliklərindən qiymətlidir.
O illər biz Qarabağın həsrəti ilə yaşayırdıq. Hər bayramda, hər Novruz tonqalında, hər dua anında bir arzumuz vardı: “Kaş Şuşaya qayıdaq…”
İllər sonra o arzu gerçəyə çevrildi.
Bu gün Qarabağ azaddır… Şuşa azaddır…
Bu gün o müqəddəs torpaqlarda, Xankəndimizdə üçrəngli bayrağımız dalğalanır. O torpaqlarda yenidən həyat canlanır, xoş gələcəyə ümid var…
İndi bu köhnə şəkilə baxanda anlayıram ki, zaman bəzən insanın ən böyük yarasını da sağalda bilir. Amma o həsrətin izi ürəkdən heç vaxt silinmir. Çünki Vətəni sevən, ona hər sahədə xidmət edən Azərbaycan övladlarl üçün Qarabağ sadəcə bir torpaq deyil - şərəf, namusla yanaşı, eləcədə insan ömrün bir parçasıdır…
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Onların fədakarlığı sayəsində bu gün Karpat dağlarına baxanda artıq qəlbimdə nisgil, xəcalət yox, Qarabağın azadlığına görə sonsuz qürur hissi yaşayırıq.
2015-ci il… Lehistan… Karpat dağlarının ətəkləri…
Bir şəkil…
Bir təbəssüm…
Bir ömürlük Vətən həsrəti…
Və bu gün həmin həsrətin yerini alan müqəddəs bir qürur…
İllər öncə…

Elman Mustafazade
Xudaferin.eu
15:04