İlin əvvəlindən Türkiyədə Azərbaycan kapitallı 100-dən çox şirkət qeydiyyata alınıb
Bu ilin on ayında Türkiyədə Azərbaycan investorlarının iştirakı ilə 71 şirkət yaradılıb. Onlar bu şirkətlərin ilkin kapitalına 12 mln lirə vəsait qoyub. Turan-ın Türkiyə Palata və Birjalar Birliyindən aldığı məlumata görə, ilin əvvəlindən səhmdar cəmiyyətləri də hesaba alınmaqla 107 Azərbaycan kapitallı şirkət qeydiyyata alınıb.
2016-cı ilin eyni dövrünə nisbətən Azərbaycan kapitallı şirkətlərin təsis edilməsi aktivliyi 14% azalıb. Yeni şirkətlərin kapitalına ilkin qoyuluş isə 10 mln lirə azalıb. Amma bu, Azərbaycandan Türkiyə iqtisadiyyatına investisiya həcmi üzrə mühüm göstərici deyil. Məsələn, 2012-ci ilin iyulunda MM deputatlarının birinin oğlunun 95%-lik pay iştirakı ilə "Alliance Capital İnşaat Telekominikasyon Sanayi ve Ticaret Limited" yaradılanda nizamnamə kapitalı 0,5 mln lirə idi. İndi təsisçilərin ödənilmiş kapitalı 12,4 mln lirəyə çatıb.

TURAN İA
10:26
Digər xəbərlər