Çağırır indi bütün milləti imdada Vətən, Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.
B.Vahabzadə
İlahi, sən məni niyə yaratdın?! İnsan görkəmində dünyaya atdın. İlahi, sığmadım mən bu dünyaya, Bəlkə qaldırasan ulduza, aya?
İlahi, qəlb evim eşq dolu ümman, Mən ki, bu halımla dünyaya yadam. Bircə təsəllim var, bir sənsən yaxın, Səninlə ovundum, səninlə şadam.
İlahi, bu bəndən bir dərviş olub, Addım- addım gəzdi söz dünyasını. İlahi, bu sirri yəqin bilirsən, Bəndən gizli tutdu öz dünyasını.
İlahi, yol göstər, İlahi, yol aç! İlahi, mən kiməm sirri mənə aç! Mən də bilim kiməm, aradığım nə? Bəlkə sakitləşib sığdım içimə.
Mafilə Müntəzir. Xudaferin.eu
10:41
İLAHİ, SƏN MƏNİ NİYƏ YARATDIN?
İlahi, sən məni niyə yaratdın?!
İnsan görkəmində dünyaya atdın.
İlahi, sığmadım mən bu dünyaya,
Bəlkə qaldırasan ulduza, aya?
İlahi, qəlb evim eşq dolu ümman,
Mən ki, bu halımla dünyaya yadam.
Bircə təsəllim var, bir sənsən yaxın,
Səninlə ovundum, səninlə şadam.
İlahi, bu bəndən bir dərviş olub,
Addım- addım gəzdi söz dünyasını.
İlahi, bu sirri yəqin bilirsən,
Bəndən gizli tutdu öz dünyasını.
İlahi, yol göstər, İlahi, yol aç!
İlahi, mən kiməm sirri mənə aç!
Mən də bilim kiməm, aradığım nə?
Bəlkə sakitləşib sığdım içimə.
Mafilə Müntəzir.
Xudaferin.eu
10:41