İkinci təxliyyə qrupu da Homsdan ayrıldı

 

Suriyada Homs şəhərinin mərkəzində Bəşər Əsəd rejiminin mühasirəyə aldığı və atəşkəsin güclü şəkildə pozulduğu Vaer bölgəsində ikinci təxliyyə qrupu ayrılıb.

1800 nəfərdən ibarət 350 ailə Suriya Qızıl Aypara Cəmiyyətinin təmin etdiyi avtobuslarla bölgədən ayrılaraq Hələbin şimalındakı Əl-Bab qəsəbəsi istiqamətində yola düşüb.
Vaer bölgəsindən ayrılanlar arasında 40 xəstə və yaralı da Suriyanın Qızıl Aypara Cəmiyyətinə məxsus təcili yardım maşınları ilə təxliyyə edilir. Bölgədən keçən həftə edilən ilk təxliyyədə 400-ü silahlı müxalifət olmaqla 2 minə yaxın suriyalı çıxmış, həmin insanlar Hələbin şimal-şərqindəki Cerablus qəsəbəsindəki düşərgələrdə yerləşdirilmişdi.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

06:00