İki ay qabağı görə bilməyən Mərkəzi Bankın yalnış qərarı

 

"Bu gün bazarda tələb təklifi üstələyir: Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır"
 

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu açıqlamanı düz 2 ay bundan əvvəl 12 dekabr 2016-cı ildə mətbuata verib. Hazırda baş verənlər onu göstərir ki, bazarda tələb təklifi deyil, əksinə təklif tələbi üstələyib və ona görə də manat sürətlə ucuzlaşıb. Görəsən növbəti 2 ayda bazada bazarın konyukturasını, orda tələb və təklifin necə dəyişəcəyini proqnozlaşdıra, yaxın perspektivləri belə düzgün dəyərləndirə bilməyən Mərkəzi Bank ölkədə necə makroiqtisadi sabitlik yaradacaq?

Təxminən 1 ay bundan əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarının rəhbərlərilə görüş keçirib, valyuta satışında 4 faizlik marjanı ləğv etmək qərarını verdi. Valyuta mübadilə məntəqlərində son 1 ayın müşahidələri göstərir ki, bazarın tələbini və xarakterini nəzərə almayan AMB-nin bu qərarı da yalnış olub. Çünki, bir çox banklar ondan sui istifadə edərək xarici valyutaların alış və satış kursları arasındakı fərqi kəskin artırıblar. Hətta bəzi banklarda bu fərq 20 qəpiyə qədərdir. Hesab edirəm Mərkəzi Bankın bu qərarı oloiqopol bank bazarında rəqabət olmadığından əks effekt verir və təcili ləğv olunmalıdır.

Qubad İbadoğlu,
iqtisadçı alim

 

08:58