İctimai xadim Maksim Şevçenko klinikaya yerləşdirilib

 
Daima haqqın və ədalətin yanında olan tarixçi, Rusiya Federasiyası İctimai Palatasının Millətlərarası Münasibətlər və Vicdan Azadlığı Komissiyasının üzvü, dini siyasət və etnik mədəniyyət üzrə eksperti, Rusiyanın ORT telekanalın ictimai-siyasi tok-şousunun aparıcısı, ictimai xadim Maksim Şevçenko koronavirus şübhəsi ilə Klinikaya yerləşdirildiyini xəbərini almışıq.
 
Maksim həmişə Azərbaycanımızın haqq səsi olub. "Azərbaycanın Dostları Cəmiyyəti" Maksim bəyə Ulu Tanrıdan şəfa diləyir və tezliklə sağalıb fəaliyyətini davam etdirməsini arzu edir.
"Xudafərin" jurnalının kollektivi də bu dualara qoşulur.
Allah tezliklə şəfanızı versin!
 
xudaferin.eu

00:46