İçərişəhər haqqında videomaterial qalampir.uz portalında

Özbəkistanın qalampir.uz portalı Bakı şəhərində keçirilən Novruz şənliyi, şəhərin turizm imkanları, tarixi və mədəniyyəti, İçərişəhər haqqında videomaterial təqdim edib.

Xudaferin.eu xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana təşkil olunmuş mediaturu çərçivəsində hazırlanıb.

Videomaterialda bildirilir ki, V-XII əsrlərə aid olan İçərişəhər 221 min kvadratmetr sahəyə malik ərazini əhatə edir.

Qeyd edilir ki, İçərişəhərdə kafe və restoranlar, müxtəlif mağazalar fəaliyyət göstərir və bu məkanda 1300-dən artıq ailə yaşayır. Burada Qız Qalası, Şirvanşahlar sarayı, Cümə məscidi, Şirvanşahlar hamamı kimi qədim abidələr var.

Videomaterialda Qız Qalası haqqında ətraflı məlumat verilir, deyilir ki, bu qədim qala UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Vurğulanır ki, sabiq SSRİ dövründə İçərişəhərdə məşhur filmlər çəkilib, hətta “Briliyant əl” filminin şərəfinə burada eyniadlı restoran da fəaliyyət göstərir.

Xudaferin.eu

22:15