İbrahim Kalın: İranın ermənipərəst mövqeyi Azərbaycan kimi, bizi də təəssüfləndirir

İranda baş verənlər üzücü və narahatedicidir. İnşallah, əsas hüquq və azadlıqlar qorunacaq. Bununla bağlı rəsmi Tehranın qətiyyətini görürük.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

“Zaman-zaman İranın ermənipərəst mövqeyi Azərbaycan kimi, bizi də təəssüfləndirir. Bunları İran tərəfi ilə də danışırıq”, - deyə Kalın bildirib.

Xudaferin.eu

15:16