Hüquq müdafiəçisindən yeni siyasi məhbus siyahısına TƏPKİ: “Yalan məlumatdır”

 

Vahid Siyasi Məhbus üzrə İşçi Qrup yenilənmiş siyahı təqdim edib. Qrupun məlumatına görə, cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan siyasi məhbusların sayı 147 nəfərdir.

Onların 97-si inanclı fəal, 11-i siyasi və ictimai fəal, 11-i sosial etirazlarla bağlı həbs olunan, 10-u Səid Dadaşbəylinin qrupuna daxil olan, 7-si jurnalist və bloger, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 3-ü siyasi girov, 2-si şair və yazar, 2-si keçmiş məmur, 1-i hüquq müdafiəçisidir.

Hüquq müdafiəçisi, Azərbaycan İnsan Haqları Birgə İşçi Qrupunün üzvü Novella Cəfəroğlu bildirib ki, Azərbaycanda 147 yox, 27 siyasi məhbus olub. Onun sözlərinə görə, mediada 147 siyasi məhbusun olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir, bu, yalan məlumatdır: “Açıqladığımız siyahıda adı çəkilən 27 siyasi məhbusdan artıq 7 nəfəri azadlıqdadır. Məhkəmələr bitdikdən sonra siyahını yeniləyəcəyik. İslamçıların məhkəməsi gedir, məhkəmə bitdikdən sonra yəqin ki, yeni siyahıda onların da adı olacaq”.

N.Cəfəroğlu işçi qrupunun üzvlərinin açıqlanmadığını deyərək qısa məlumat verib: “İşçi qrupunun üzvləri haqda heç bir məlumat vermirik. İşçi qrupunda təmsil olunanlardan 11-i QHT, 11-i isə dövlət nümayəndələridir”.

Nigar Məhərrəm

Cebhe.info

 

06:17