“Huffington Post” azərbaycanlı qadın pilot haqqında yazıb

ABŞ-ın “Huffington Post” nəşrində müharibədə iştirak etmiş məşhur qadın pilotlar haqqında geniş məqalə dərc olunub. 

Xudaferin.eu Report-a istinadən xəbər verir ki, nəşr həmin qadınlar arasında azərbaycanlı pilot Leyla Məmmədbəyovanın da adını çəkib.

L.Məmmədbəyova yalnız ölkəsinin ilk qadın pilotu kimi təqdim edilməyib.

Nəşr yazıb ki, azərbaycanlı Leyla Məmmədbəyova həm də bütün Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın pilot olub: “O, 1909-cu ildə anadan olmuş, 1931-ci ildə ilk uçuşunu həyata keçirmiş və 10 il müddətində Sovet ordusunda eskadrilyaya başçılıq edib”.

Məqalədə qeyd olunub ki, II Dünya müharibəsi zamanı o, minlərlə paraşütçünün və hərbi pilotun hazırlanmasına və onlara təlimlər keçirilməsinə cavabdehlik daşıyıb.

“O, həyatı ilə Azərbaycandakı - qadınların səsvermə hüququna ABŞ-dan daha erkən sahib olduqları ölkədə müsəlman qadınlar haqqında stereotipləri qırıb”, - deyə məqalədə vurğulanıb. 

Nəşr səmada qəhrəmanlıq göstərmiş qadınlar arasında Bessi Kolman, Harriet Kvimbi, Reymond de Laroş, Mildred Bryus və Jaklin Kokranı göstərib.

Xudaferin.eu

22:20