Hərrac bitdi: Dollar qalxdı, borc hər gün 2,8 milyon artır, Elman Rüstəmov ampulasında

Dollar qalxdı, borc hər gün 2,8 milyon artır, Elman Rüstəmov ampulasında23 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.8559 səviyyəsində formalaşıb. Beləcə USD/AZN məzənnəsi 1.8311 səviyyəsində olub. Beləliklə, dollar 1,35% bahalaşıb. Hərrac bitdi, manat yenə 2,5 qəpiyə yaxın ucuzlaşdı, 1 dollar, 1.8559 manata bərabər oldu. Bu iqtisadi siyasətlə hara qədər getmək mümkün olacağı qaranlıqdır. Baş bankir Elman Rüstəmov öz ampulasındadır və vəziyyətdən çıxış üçün heç bir yeni variant təklif etmir. Azərbaycanın xarici dövlət borcu hər gün 2,8 milyon dollar artır. Əgər məzənnə doğrudan da tələb-təklif əsasında formalaşsaydı və təklif dövlətin valyuta ehtiyatları hesabına təmin edilməsəydi, manatın tam üzən məzənnəyə keçməsi müsbət hal olardı. Azərbaycanda manatın tam üzən məzənnəyə keçidi mümkün deyil: "Ona görə mümkün deyil ki, tam üzən məzənnəyə keçid manatın real bazar dəyəri alması deməkdir və bu, kəskin devalvasiya vasitəsilə mümkündür. Hökumət bu problemi Neft Fondundan Mərkəzi Banka ayırdığı 7,5 milyard manat hesabına həll etməyə çalışır. Neft kəskin ucuzlaşmasa, ölkədə iqtisadi-siyasi gərginlik olmasa, manat 2017-ci ili ciddi fəsadlar olmadan başa vura biləcək. Manatın tam üzən məzənnəyə keçidi ona görə arzuolunan deyil ki, iqtisadiyyatımız diversifikasiya olunmayıb. Demək olar ki, ölkəyə valyuta bir kanalla daxil olur.

2015-ci ildə manat dəyərini 2 dəfə, 2016-cı ildə isə 13-14% itirib. Ekspertlər deyib ki, dövlət büdcəsini Neft Fondunun vəsaitlərindən xilas etmək istəyirdik. Amma sonda ümumilikdə ölkəni bu vəsaitlərdən asılı vəziyyətə saldıq. Acı da olsa deməliyik ki, hökumət əksdollarlaşma prosesinə başlamasa manatı çətin günlər gözləyəcək.
Qeyd edək ki, Mərkəzi Bank İdarə Heyəti sədrinin müavini Aftandil Babayev Azərbaycanı Rusiya və Qazaxıstanla müqayisə edərək manatın tam üzən məzənnəyə keçidi zamanı dəyişimin aşağı olduğunu qeyd edib: "Tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3% və 27%-dən yuxarı həddə olduğu halda bizdə keçid günü dəyişim 0,7% olub”.

Politika.Az

10:58