Hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərin görüşü keçirilib
Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hər iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıqla bağlı həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.
Görüşdə mövzu ilə bağlı brifinqlər təqdim olunub, hərbi-mülki əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib, keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.

Xudaferin.eu
16:32
Digər xəbərlər