Hörmətli Prezident İlham Bəy Əliyev Cənabları!

Bu gün internetə və bütün sosyal şəbəkələrdə Əvəz Zeynallını türmədən azad etiyiniz üçün hamı Sizə təşəkkür və dua edirlər. Məndə hamıya qoşularaq həm Sizə, eləcədə bu azadlıqda çaba göstərən hər bir kəsə dərin təşəkkürümü bildirirəm.
Bilsəniz insan sevindirməkdən gözəl və savab heç nə yoxdur.
Siz Azərbaycana bu günədək rəhbərlik edənlərdən fəqlisiniz...
Siz Qalib Prezidentsiniz.
Siz düşmən tapdağında inləyən torpaqlarımızı yenidən Vətən edən Öndərsiniz. Ona görə öz millətinə qarşı belə humanist addımlar Qalib Prezidentə həm yaraşır, eləcədə Xalq bunu həmişə Sizdən gözləyir.
Qalib Prezident İlham Bəy Əliyev Cənabları!
Allah eşqinə, insanlıq naminə belə bir addımı Tofiq Yaqubluya qarşıda atin. Siz bilirsiniz o əlinə silah alir o ağır illərində Vətənin keşiyində durub. İnanın Tofiq Yaqubluya qarşı belə bir humanis addım atmaqla neçə-neçə könülləri şad etmiş olardınız.
Türmə qatillərin, vətən xainlərinin, məzlumlara zülm verənlərin, yetim haqqı yeyənlərin yuvasıdır.
Sözə-söhbətə, hirsə-höfkəyə görə, emosiyaya qapıllb acı söz deyənlər türmədə olmamalıdırlar. İnanın belə insanlar mənəvi cəhətdən təmiz və rəhmli insanlar olurlar. Əksinə onlardan ölkənin inkişafında səmərəli istifadə etmək olar.
Mən düz 35 ildir qürbətdə yaşayıram və Vətənin malında-mülkündə əsla gözüm olmayıd. Ancaq Azərbaycanda gedən prosesləri diqqətlə izləyirəm. Uğurlarımıza sevinir, uğursuzluğumuza üzülürəm.
Özlərini Sizə sədaqətli göstərib belə səsli-küylü həpslər aparanlar, əslində həm Azərbaycanımızın həmdə Sizin imicinizə zərbə vuranlardır.
Görün nə qədər vicdansız qələm əhli var ki, Tofiq Yaqublunu sakitləşdirmək, aclığı dayandırmağı tövsiyə etmək əvəzinə, təxribata çəkib onu ölüm aclığını axıra kimi getməyə təhrik edirlər.
Siz Tofiq Yaqublunu əfv etməklə belə naqislərin arzularını ürəyində qoymuş olardınız.
Lütfən tək Tofiq Yaqublunu deyil, bütün söz-söhbətlərə görə həps olunanların hamısını əfv edin, qoy düşmənlərimiz çatlayıb partlasınlar.
Və onları türmələrə göndərib Azərbaycanın imicinə zərbə vuran struktur rəhbərlərini isə ciddi cəzalandırın. Onlar hakimiyyətdə kök salmış həm Azərbaycanımızın, həmdə şəxsən Sizin düşmənlərinizdir.
Qalib Prezident İlham Bəy Əliyev Cənabları.
İllərlə və yana-yana demişəm və bir daha təkrar edirəm:
Hansı Rəhbər mənim Qarabağımı, böyüyüb boya-başa çatdığım Türk Dünyasının qibləgahı Şuşamı, yenidən Vətən edəcəksə, son nəfəsimə kimi onun arxasındayam.
Sözüm Sözdür!
Yaşasın Azərbaycan Əsgəri!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Böyük hörmət, məhəbbət və sədaqətlə:
Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

12:02