Hollandiyada Türk Partiyası DENK-in uğuru

Avropada ilk Türk Partiyası kimi tanınan bu siyasi qurum seçkilərdə uğur qazanıb

Hollandiyada keçən həftə keçirilən seçkilərdən ən qazanclı çıxan partiyalardan biri, Türkiyə əsilli iki siyasətçi Tunahan Kuzu ilə Səlcuq Öztürkün qurduğu DENK (Düşün) partiyası olub. İlk dəfə qatıldığı seçkilərdə 3 millət vəkili qazanan partiya Hollandiya siyasətində mühacirlər tərəfindən qurulan və məclisdə təmsilçilik hüququ əldə edən ilk partiya oldu. İndi DENK məclisdə koalisiyaya girməyə müsbət baxır.

BBC- Türkcənin suallarını cavablayan partiyanın lideri Tunahan Kuzu öz qalibiyyətlərini “DENK Hollandiyada tarix yazdı” deyə ifadə edib. İşçi Partiyasının (PvdA) siyahısından 2012-ci il seçkilərində məclisə girən Kuzu və Öztürk hökumətin Türkiyəyə baxışı məsələsində zaman- zaman partiya üzvləri ilə qarşı-qarşıya qaldılar. Baş nazirin müavini Lodevijk Ascherin Türkiyə mənşəli dini təşkilatların maliyyə qaynaqlarının araşdırılması təklifinə qarşı çıxan iki şəxs partiya prinsiplərinə uyğun gəlmədikləri üçün 2014-cü ildə PvdA-dan ixrac edildilər.

Siyasətə qurduqları DENK ilə davam edən Kuzu və Öztürk, “irqə və dinə söykənən siyasət yürütdükləri” səbəbiylə tənqidlərə hədəf oldular. Zaman- zaman “Ərdoğanın Hollandiyadakı uzun qolu” ittihamına da hədəf olan iki millət vəkili Türkiyə ilə Hollandiya arasında yaşanan ziyarət böhranında Ankaranın tərəfini saxlamaqda tənqid olundu.

İlk dəfə girdikləri seçkidən 3 millət vəkili ilə çıxmanın “böyük bir müvəffəqiyyət olduğunu” söyləyən Kuzu, “irqə və dinə söykənən siyasət” tənqidlərinə qəbul etmir. “17 milyon Hollandiyalının partiyasıyıq, hər kəsin haqqını müdafiə edirik” deyir Kuzu. Koalisiya işləri üçün vasitəçilik edəcək olan Səhiyyə naziri Edith Schippers bazar ertəsi günü Kuzu ilə də görüşəcək. Kuzu koalisiya məsələsində “təklif gəlsə, geri çevirməyəcəyik” deyib.

P. S. “Xudaferin.eu” saytının kollektivi olaraq, DENK Paetiyasının və bu siyasi qurumun liderləri Tunahan Kuzu və Səlcuq Öztürkün bu uğurlarına görə onları təbrik edirik.

 

14:48