Hökumət belimizə borc yükləyir: 1 milyard da alınacaq
Qubad İbadoğlu: “Yaxşı olar ki, bu pullar özəl biznes fəaliyyəti sahəsinə xərclənsin”
2015-ci il dekabr ayında baş vermiş devalvasiyadan sonra Azərbaycanda yaranmış maliyyə-iqtisadi böhranı aradan qaldırmaq üçün hökumət bir sıra beynəlxalq qurumlara müraciət edib. Öncə Azərbaycanın Beynəlxalq Valyuta Fondundan 4 milyard dollar həcmində kredit almaq barədə danışıqlar apardığına dair məlumat yayılmışdı. Maliyyə naziri Samir Şərifov 2016-cı ilin fevral ayında bu barədə BVF-nin nümayəndələri ilə Bakıda müzakirələr aparsa da, sonradan həmin faktı təkzib etdi. Ekspertlər isə bildirir ki, BVF-nin maliyyə şəffaflığı haqqında irəli sürdüyü şərtlər Azərbaycan hökumətini qane etmədiyindən adıçəkilən qurumdan kreditin alınması baş tutmayıb. Bundan sonra Azərbaycan Asiya İnkişaf Bankına üz tutmalı olur. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında kredit məsələsi ilə bağlı danışıqlar gedir. Mütəxəssislərin fikrincə, Asiya İnkişaf Bankının Azərbaycana 1 milyard dollar kredit verməsi barədə razılıq əldə olunub. Sadəcə, bu məsələnin detalları müzakirə olunur proses isə bütövlükdə qapalı aparılır və ictimaiyyətə açıqlanmır. Bildirilir ki, bu pullar Azərbaycanın qaz yataqlarının işlənməsi üçündür. Bir neçə həftədən sonra isə bank birbaşa Azərbaycan büdcəsini maliyyələşdirmək barədə qərar verəcək. Maraqlıdır, Asiya İnkişaf Bankından əldə olunan kreditlər daha hansı istiqamətlərə xərclənəcək? Bu pullar Azərbaycanda hansı sahələrə sərf olunarsa, daha yaxşı effekt vermiş olar? Məsələ ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlu “Cümhuriyət” qəzetinə deyib ki, beynəlxalq qurumlarla Azərbaycan arasında müxtəlif spektrli kredit danışıqları aparılır: “Artıq bir müqavilə imzalanıb. Azərbaycan “Azərişıq” və “Azərenerji” üçün 750 milyon dollar Asiya İnkişaf Bankından kredit alır. Burada eyni zamanda hökumətin də 250 milyon dollar payı var. Müqavilə isə bütövlükdə 1 milyard dollar təşkil edir. Başqa danışıqlar gedir ki, Asiya İnkişaf Bankı cənub qaz dəhlizi layihəsinə investisiya qoysun. Buna da Asiya İnkişaf Bankından bildiyim qədər ən azı 1 milyard dollar məbləğində kredit götürüləcək. Yəni, hardasa yarım milyard dollara qədər büdcə dəstək proqramı çərçivəsində Asiya İnkişaf Bankına kredit köçürülməsi ilə bağlı müzakirələr gedir. Bütün bunlarla Azərbaycan Asiya İnkişaf Bankının əsas tərəfdaşlarından birinə çevrilir. Hətta Asiya İnkişaf Bankı Çin və Hindistandan sonra ikinci böyük tərəfdaş olacaq”.
Ekspertin sözlərinə görə, təəssüflər olsun ki, Asiya İnkişaf Bankı ilə gedən danışıqların hamısı bağlı qapılar arxasında aparılır: “Bununla bağlı məlumatlar çox azdır. Təəssüflər olsun ki, Asiya İnkişaf Bankı tərəfindən də bununla bağlı məlumatlar paylaşılmır. Yeri gəlmişkən deyim ki, ümumiyyətlə, Asiya İnkişaf Bankının kredit faizləri digər beynəlxalq maliyyə təşkilatlarından yüksək olan bankdır və bu bankdan böyük şərtlər olmadan kredit götürmək mümkün deyil. Asiya İnkişaf Bankının vitse-prezidenti Bakıya gəlmişdi. Demək olar ki, mətbuatla görüşmədi. Asiya İnkişaf Bankının nümayəndəliyi də qapalı fəaliyyət göstərir. Mətbuata açıq deyi, vətəndaş cəmiyyəti ilə məsləhətləşmələr aparmır. Bir sözlə, bu bank artıq böyük layihələrə imza atır. Azərbaycan hökumətinin tərəfdaşına çevrilir, amma hesabatlılıq və şəffaflıq baxımından vətəndaş cəmiyyətinin nümayəndəsi kimi şəxsən bizi qane etmir”.
Qubad İbadoğlu əlavə edib ki, Asiya İnkişaf Bankından kredit götürüləcək vəsait yaxşı olardı ki, özəl biznes fəaliyyəti sahəsinə xərclənsin: “Banklarımızın yarıtmaz siyasəti nəticəsində özəl biznes ciddi əziyyət çəkir. Eyni zamanda daxildə kredit faizləri yüksəkdir. Bu da biznesin xərclərini artırır. O baxımdan kreditləri özəl biznes layihələrinin dəstəklənməsinə yönəltmək daha doğru olar”.

Alçina Amilqızı
(Cebhe.info)
16:52
Digər xəbərlər