Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan, məşhur din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi Qədim və digər milli fəal Əli Bağıri Tehranda İran mollakratiya rejimi tərəfindən tutuqlanıblar. Bu barədə “XUDAFERİN.EU”-ya açıqlama verən Güney Azərbaycan Milli Hərəkatının informasiya bölümünün açıqlamasına görə: “Hər iki milli fəalın amacı Tehranda yaşayan Azərbaycan Türklərinin də Güney Azərbaycana dəstək verməsi, İran-Ermənistan münasibətləri çərçivəsində strateji əməkfaşlığa qarşı hərəkətə keçməsi üçün apardıqları təbliğatlar olmuşdur. 15 milyonluq Tehranda əhalinin demək olar ki, yarıdan çoxu Azərbaycan, Qaşqay və Xorasan Türkləridirlər. Əgər Tehranda yaşayan Türklər ayağa qalxmış olarlarsa, o zaman fars-molla hakimiyyətinin də sonu olacaqdır”.
Redaksiyamıza daxil olan bilgilərə görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları qismində tutuqlanan Höccətül-İslam Əbdüləziz Əzimi Qədim və Əli Bağıri Tehranda hansı cəzaevində saxlanılmaları ilə bağlı hər hansı birlgi əldə etmək mümkün deyil.
Qeyd edək ki, görkəmli din xadimi Əzimi Qədimi 2005-ci ildən bəri fəaliyyətləri üzündən dəfələrlə İran mollakratiya rejiminin təhlükəsizlik və məhkəmə qurumları tərəfindən həbs, təqib və təzyiqlərə məruz qalıb. Amnesty International 2005-2006 illərində onun haqqında üç bəyanat yayıb. O, İran mollakratiya rejiminin ermənilərin Azərbaycan Respublikasının tarixi ərazisi olan Qarabağı işğal etməsinə qarşı ilk din xadimi kimi üsyan etmişdir. Qarabağa dəstək qismində Güney Azərbaycan Milli Hərəkatına üzv olmaqla mücadiləsini bu gün də davam etdirir. İslam dininin farslaşdırılmasına qarşı kəskin şəkildə etirazlarını bildirmişdir.
Höccətül-İslam Əzimi Qədim Tehranda tutuqlandı

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”
12:56
Digər xəbərlər