Həmsədrlərdən Qarabağda ŞOK ADDIM: separatçı rejimin “bayrağı” altında...

 

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.
 

Ermənistanın başkəndi İrəvanda fəaliyyət göstərən “news.am” həmsədrlərin işğal edilmiş ərazilərdə yaradılmış qondarma “DQR”-in “prezidenti” Bako Saakyanla görüşü barəsində olay yerindən canlı reportaj hazırlayaraq, onu dərhal öz saytında yerləşdirib.

Görüşün məqsədi münaqişə zonasındakı vəziyyəti öyrənməkdir. Görüşlə bağlı yayılmış foto diqqət çəkib. Belə ki, fotoda qondarma “DQR”-in “bayrağının” asıldığı görünür. Buna heç bir etiraz etməyən həmsədrlər separatçı Bako Saakyanla üz-üzə əyləşib müzakirələr aparıblar.

Publika.az

09:31