Həlak olan Azərbaycan nefçilərinə Avropdan başsağlığı

“Avropada Azərbaycanın Dostları Cəmiyyəti”nin Hollandiya, Almaniya, Polşa, Belçika, İsveçrə, İsveç, Fransa, Norveç, Rusiya, Çexiya, Avstriya, İtaliya, İngiltərə, Finlandiya, Macarıstan, Rumıniya, Macarıstan, Danimarka, Şotlandiya, Ukrayna, Moldova, Litva, Estoniya və Latviyadakı nümayəndəliklərinin adından adı çəkilən qurumun sədri Elman Mustafazadə Xəzər dənizində neft estakadasında həlak olan Azərbaycan vətəndaşların ailələrinə və yaxınların dərin hüznlə ba.sağlığı vermişdir. Başsağlığında qeyd olunur ki, Azərbaycan xalqı üçün bu çox böyük itkidir. Neft sektorunda monopolist mövqelərə malik olan ARDNŞ və onun rəhbərliyini bundan sonra orada çalışan vətəndaşların can təhlükəsizliyi istiqamətində xüsusi qaydalara keçməlidir. Əmək və istehsalat sahəsi üzrə təhlükəsizlik qaydaları olmadan vətəndaşların işlədilməsinə qətiyyən yol vermək olmaz. Bir daha neftçilərə başsağlığı veririk. Allah ölənləri rəhmət eləsin. Başın sağ olsun Vətən.

Qeyd edək ki, “XUDAFERİN.EU” saytının əməkdaşları da ölən neftçilərə görə kədərlənir və “Avropada Azərbaycanın Dostları Cəmiyyəti”nin verdiyi başsağlığına qoşulur.    

Xəzərdə növbəti SOCAR faciəsi: estakada uçdu, 10 neftçi dənizdə batdı

Dekabrın 15-də səhər saat 5-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərdən – Azay və Güloğlan Zülfüqarov iki qardaş olub. Güloğlanın 52, Azayın isə 45 yaşı var, azı 20 ildir orada işləyirdilər. Bu haqda Azadlıq Radiosuna onların qardaşı Çingiz Zülfüqarov məlumat verib. Onun sözlərinə görə qardaşlar 3 gün öncə işə gediblər, bu gün geri qayıdacaqlarmış: “Hazırda qəza baş verən ərazidə 10-dan artıq gəmi var. FHN, Sərhəd Qoşunları, Xəzər Dəniz Gəmiçilik və BP-nin gəmiləri ərazidə axtarışlara cəlb edilib”.
Bunu bu gün Xəzərdə baş verən qəza ilə bağlı yaradılmış qərargahda keçirilən mətbuat konfransında “Azneft” İstehsalat Birliyinin baş mühəndisi və baş direktorun birinci müavini Balamirzə Ağarəhimov deyib. Onun sözlərinə görə, bu dəqiqəyədək 1 neftçinin – 1958-ci il təvəllüdlü Qafurov İlhamın meyiti tapılıb gəminin göyərtəsinə çıxarılıb. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat paylaşıb ki, uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilib. “Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki, işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox, birbaşa təhlükəsiz sorğulanmalıdır: Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək?”, – deyə o, feysbuk səhifəsində yazıb. M.Qəhrəmanlı SOCAR-ın rəhbərliyinə suallar da ünvanlayıb: “Külək daş budkanı necə apara bilər? Daşdan tikilmiş budka estakadanı uçurub, ya estakada budkanı aparıb? 150 metrlik estakada niyə uçmalıdır?Küləkdən? Bu yalan yeriməz!”
SOCAR-ın yaydığı məlumatda deyilir ki, güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Nəticədə Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

Siyahı:

1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
Gecə saatlarında Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadanın uçması nəticəsində neftçilərin istirahət etdiyi budka dənizə düşüb. Budakada 10 nəfər işçi olub. İlkin məlumata görə bir nəfərin cəsədi tapılıb. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı özünün facebook səhifəsində yazıb.

Xudaferin.eu

15:41