“Həkimə nə maaş verirlər ki, məsuliyyətli olmağı da tələb edirlər?”

“Həkimə nə maaş verirlər ki, məsuliyyətli olmağı da tələb edirlər?”"Nazirin biri gəlir deyir ki, mən 2 alan şagirdə atestat verəcəm, o biri gəlir yox ancaq 5 alana verəcəm.Belə şey olmaz, qanun-qayda olmalıdır"

Kanal 13 ekranlarlnda yayımlanan “Onun baxış bucağı” verlişinin bu dəfəki qonağı Tibb Universitetinin dosenti Rəşid Mahmudov olub.
Rəşid Mahmudov: “Alimlər özləri quş qripi, donuz qripi kimi xəstəliklər yaradırlar ki, müəyyən bir dövlətə qarşı təxribat yaratsınlar.Qripi törədən viruslardır, viruslar isə mikroblardan kəskin fərqlənir. Hüceyrənin daxilinə keçə bilən dərmanımız yoxdur. Virusa yoluxmamaq üçün insanlar əllərini təmiz yumalıdır, burunun selikli qışasını sabunlu su ilə yumalıdılar və hər axsam bir diş sarımsaq yeməlidilər. Hazırda Azərbaycanda çox gözəl həkim ordusu var, hamı deyir yox bizdə həkim yoxdur, ancaq bu yanlış fikirdir.
Bizim gənclər öz hesablarına gedib, xarici ölkələrdə oxuyurlar.
İrandakı bəzi həkimlər xəstələrə ağrı kəsici dərmanlar yazırlar, xəstələr də elə bili ki, ağrısı yoxdusa deməli sağalıb ancaq bunlar müvəqqətidir. Uşaqlarınıza çox telefonla oynamağa, cizgi filmlərinə baxmağa imkan yaratmayın. Çünki onların beyni bununla dolur və elmə, biliyə artıq yer qalmır. Dövlətin dövlət olması üçün onun bayrağı, gerbi və himni olmalıdır…Ondan başqa isə dövlətin hərbi sistem ,səhiyyə və təhsil haqqında qanunları olmalıdır. Nazirin biri gəlir deyir ki, mən 2 alan şagirdə atestat verəcəm, o biri gəlir yox ancaq 5 alana verəcəm…
Belə şey olmaz, qanun-qayda olmalıdır. Həkimlərə hökümət nə maaş verir ki, ondan məsuliyyətli olmağı tələb edir? Baloniya sistemini təbabətdə tətbiq etmək olmaz. Azərbaycanımı mənim qədər heç kim sevə bilməz. O vaxtı, oğlumu otaq salıb dedim ki, oğul biz indi Sovet Sosialist Respublikasıyıq, ancaq bizim müstəqil dövlətimiz olacaq. Mən demişdim ki, Azərbaycanda ən böyük professorlardan biri Cəmil Həsənlidir ancaq onunla şəxsi tanışlığım yoxdur”.

Xudaferin.eu

11:09