Hindistanda qatar onlarla insanın üstündən keçdi —VİDEO

Xudaferin.eu İndia.TV-yə istinadən xəbər verir ki, hadisə Daşar bayramı ilə əlaqədar keçirilən tədbirlər zamanı baş verib.

İstisna deyil ki, insanlar yanan fişənglər üzündən dəmir yolu xəttinə çıxıblar və bu zaman qatar altında qalıblar. Digər versiyaya görə, onlar bayram şənliyini dəmir yolu xəttində duraraq izləyiblər.

Hindistanda qatarın altında qalaraq ölən insanların sayı 60-a çatıb. 

Hadisə nəticəsində 70-dən çox adam xəsarət alıb. 

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır kimi dəyərləndirilir.

Xudaferin.eu


 

13:28