Hindistanda qadın “WhatsApp”a görə öldürüldü

Hindistanda “WhatsApp”da yayılan “feyk” məlumatlara görə qadın qətlə yetirilib.

Xudaferin.eu “Sky News”a istinadla xəbər verir ki, mərhumun cəsədini Madhya-Pradeş ştatındakı meşədə tapıblar. Qadının şəxsiyyəti hələ də təyin edilməyib.

Yerli sakinlər onu “WhatsApp”da uşaq oğurluğu ilə məşğul olan canilərin regionda fəaliyyət göstərməsi ilə bağlı yayılan məlumatlara inanaraq qətl ediblər.

Polis artıq 9 nəfəri həbs edib, daha bir neçə nəfər isə axtarışdadır.

“WhatsApp”da yalan məlumatların yayılması ilə bağlı buna bənzər hadisələr son 2 ay ərzində Hindistanda artıq 20 nəfərin həyatına son qoyub.

İyunun əvvəlində vətəndaşların telefonlarına uşaq oğurluqları, qətllər və zorlamalar haqqında yalan məlumatlar daxil olmağa başlayıb. Hindistan hökuməti isə “WhatsApp” rəsmilərindən “feyk” xəbərlərin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsini tələb edib.

Bu müraciətdən sonra “WhatsApp”da məlumatların digər istifadəçilərə ötürülməsi funksiyasına məhdudiyyət tətbiq edilib.

Xudaferin.eu

14:23