Hindistanda məşhur binada yanğın -14 ölü, 6 yaralı (FOTOLAR)

Hindistanın Mumbay şəhərində içərisində restoran və mağazaların olduğu “Kamala Mills” adlı binada yanğın çıxıb.

Xudaferin.eu xəbər verir ki, restoranın damında başlayan yanğın nəticəsində 14 nəfər ölüb, 6 nəfər isə ağır yaralanıb. Ölü sayının artacağı istisna edilmir.

Yerli medianın məlumatına görə, ölənlərin çoxu qadınlardır.

Yanğının başvermə səbəbi araşdırılır.

17:30