Hindistanda böyük məbləğə nağd ödəniş edənlər cərimə olunacaqlar

Hindistan hakimiyyəti cari ilin aprel ayının 1-dən etibarən 300 min rupidən (4,4 min dollar) artıq məbləğdə olan nağd ödənişli sazişlərin cinayət hesab edilməsi və cərimə ilə cəzalandırılacağına dair qərar qəbul edib. 

Xudaferin.eu TASS-a istinadən xəbər verir ki, Hindistan hökumətinin vergi və rüsumlar üzrə katibi Hasmuk Adhiya cərimənin məbləğinin ödənilən məbləğə bərabər olacağını bildirib. 

“400 minlik əməliyyata görə, 400 min, beş milyonluq əməliyyata görə isə beş milyon cərimə ödəniləcək. Cəriməni pulu alan ödəyəcək. Məsələn, əgər mağazada kim isə bahalı saat alırsa, cəriməni mağaza sahibi ödəyəcək”, - Adhiyanın sözlərini NDTV sitat gətirib. 

Onun sözlərinə görə, bu tədbir korrupsiya və rüşvətxorluqla qazanılan pullar ilə mübarizəyə istiqamətlənib. 

Korrupsiya ilə mübarizə istiqamətində atılan bu addım hakimiyyət tərəfindən keçən ilin noyabrında başlanan  siyasətin davamıdır. Ölkədə nağd pulun çatışmazlığı müşahidə edilib. Hakimiyyət bu prinsiplərin korrupsiyaya qalib gələcəyinə inanır.

Xudaferin.eu

14:21