Hindarx veteranları Milli Qəhrəmanın ad gününü qeyd ediblər
Torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Etbar İsmayılovun doğum günü münasibəti ilə Ağcabədi rayonu Hindarx qəsəbəsində şəhidin adını daşıyan 1 nömrəli orta məktəbdə tədbir keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov məlumat verib
AVMVİB Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov AVMVİB-nin təsis etdiyi Xatirə medalını və Fəxri fərmanı şəhidin qardaşı Vəfadar İsmayılova təqdim edib.
Tədbirdə şəhidin döyüş yolu haqqında danışıldı və ruhuna dualar oxundu. Şəhidin abidəsi önünə güllər qoyuldu.
T. Rüstəmov bildirdi ki, şəhid Milli Qəhrəmanımız Etibar İsmayılov Ağdam batalyonunun tərkibində döyüşlərə qatılıb. O, Naxçıvanik, Şelli kəndlərinin müdafləsində fərqlənib. 1994-cü il 4 yanvar Etibar İsmayılovun tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək. Bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atıb və erməni faşistlərinə məxsus tankı ekipajla birlikdə məhv edib.
Tədbirdə müharibə veteranlarıyla yanaşı məktəbin müəllim-şagird kollektivi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Allah şəhidlərə rəhmət eləsin!
Elçin Qədirov
Mənbə:fedai.az
Xudaferin.eu
21:54
Digər xəbərlər